Hikmət Babaoğlu: Ermənistanın “Amulsar” qızıl mədəni ətrafında siyasi xaos davam edir
12.09.2019 [09:41]
Ermənistanın “Amulsar” qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən istismar edilməsi ilə bağlı əldə edilən razılaşma Paşinyan hökumətinin növbəti uğursuzluğuna çevrilib və erməni ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Bu layihə təkcə daxili narazılıq yaratmır, eyni zamanda, Ermənistanın xarici siyasətində də ciddi problemlərə səbəb ola biləcək hadisə kimi qiymətləndirilir. Əgər daxili narazılıq ekoloji problemlər və şirin su mənbələrinin yoxolma ehtimalı ilə əsaslandırılırsa, xarici siyasətdə narazılıqlar Ermənistana Qərb investisiyasının cəlb edilməsi ilə işğalçı ölkədə Rusiya sərmayəsinin sıxışdırılması ilə əlaqələndirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, daxili və xarici siyasətlə əlaqələndirilən təhdidlər Paşinyanı çıxılmaz vəziyyətə salır və hər iki amil getdikcə daha təhlükəli həddə çatır. Hələlik “Lydian Armenia” şirkətinin işləri bərpa etməsi üçün 2020-ci ilə qədər fasilə götürməsi Paşinyan üçün bir siyasi “nəfəslik” rolunu oynasa da, bir qədər sonra onun bu problemlə daha ciddi və sərt şəkildə üzləşəcəyini qaçılmaz edir.
Hikmət Babaoğlu vurğulayıb ki, Paşinyanın vəziyyətdən optimal çıxış yolu tapması faktiki olaraq mümkün deyil. Çünki 2020-ci ildə qızıl yatağının istismarı ilə bağlı işlərin yenidən başlayacağı təqdirdə Paşinyana da şimal mənşəli təzyiqlərin başlanacağı istisna deyil. Belə olan halda isə bu layihənin realizə olunması çox mürəkkəb görünür. Ancaq ən əsas məsələ odur ki, belə vəziyyətdə Paşinyanın ictimai rəyi manipulyasiya etdiyi son kart da onun əlindən çıxmış olacaq. Çünki məhz “Amulsar” qızıl yatağından əldə etdiyi gəlirlərə güvənərək 2025-ci ildən sonra Ermənistan iqtisadiyyatında sıçrayışlı inkişafın olacağı vədini vermiş Paşinyan bu vədini də yerinə yetirə bilməyəcək. Əgər o vaxta qədər hakimiyyətdə qalmağı bacarsa belə, ondan sonra hakimiyyətlə mütləq vidalaşmalı olacaq. Hazırda bu məsələnin təkcə Ermənistanın daxilində deyil, xaricdə də fəal müzakirə mövzusuna çevrilməsi Ermənistanın qərb mənşəli tərəfdarlarının da Paşinyana təzyiqi ilə nəticələnə bilər ki, bu məsələnin həllini tapmaması onu dilemma qarşısında qoyaraq siyasi intiharına gətirib çıxara bilər. Ona görə də Paşinyan xalqını sülhə hazırlamalı və Azərbaycanın işğal edilmiş torpaqlarından öz quldur dəstələrini çəkməlidir. Onun başqa çıxış yolu yoxdur.
Hikmət Babaoğlu əlavə edib ki, “Amulsar” qızıl mədəni ətrafında siyasi xaos davam edir. Ermənistan hökumətinin düşdüyü isterik durum Nikol Paşinyanın ictimai nüfuzuna mənfi təsir göstərməkdədir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20

