/ / Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirə keçirilib
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirə keçirilib
10.07.2019 [10:14]
İyulun 9-da Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarına təbrik məktubunu oxuyub.
Müşavirədə çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan diplomatiyasının bir əsrlik inkişaf yolu, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni yaranmış respublikanın tanıdılması istiqamətində atılmış addımlar, Cümhuriyyətin süqutundan sonra sovet dövründə Xarici İşlər Komissarlığının fəaliyyəti və nəhayət, müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi, milli maraqlarımıza əsaslanan dinamik və fəal xarici siyasətimiz barədə danışıb.
Nazir qeyd edib ki, 100 il bundan öncə Birinci Dünya müharibəsindən sonra cərəyan edən gərgin bir dövrdə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil etmək üçün müsəlman Şərqində ilk respublikanın Xarici İşlər Nazirliyi təsis edilmişdir. Şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən çoxşaxəli diplomatik fəaliyyətə başlamış, lakin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul olunması məhz 9 iyul 1919-cu il tarixinə təsadüf etdiyindən, Azərbaycan Respublikası Prezidentinin 2356 saylı, 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis olunmuşdur. Sovet işğalı nəticəsində Cümhuriyyətimizin qısa ömür yaşamasına baxmayaraq, ilk respublikanın Xarici İşlər Nazirliyinin diplomatik heyəti geniş təcrübəyə yiyələnmiş, mühüm nailiyyətlər əldə etmiş və müstəqil xarici siyasət fəaliyyətimizin əsasını qoymuşlar. 1991-ci ildə Sovet İttifaqının süqutu ilə Azərbaycan xalqı öz milli istiqlaliyyətini yenidən bərpa edə bilmişdir. Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və kəskin daxili çaxnaşmaların hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına o zaman bir çoxları inanmırdı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı Azərbaycanda sabitlik və inkişafın təməlini qoydu. Ulu Öndərin əsas məqsədi Azərbaycanı daha qüdrətli və zəngin dövlətə çevirmək, dünya birliyində nüfuzunu daha da möhkəmləndirmək və əsl söz sahibinə çevirmək idi və bu hədəflərə də şərəflə nail olundu.
Nazir vurğulayıb ki, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, milli maraqlarımıza əsaslanan Azərbaycanın müasir xarici siyasət strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün müvəffəqiyyətlə davam etdirilir. Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki mövqe və nüfuzunu daha da möhkəmləndirməyə müvəffəq olub.
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti, ilk növbədə, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun beynəlxalq sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsinə xidmət edən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu gün beynəlxalq ictimaiyyət birmənalı şəkildə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması və münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunması BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının məlum qətnamələri ilə yanaşı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərarlarında da öz əksini tapır.
Nazir deyib ki, ötən müşavirədən keçən dövr ərzində Azərbaycan Respublikasının Əlcəzairdə və İraqda səfirlikləri, Kolumbiya, Çili, Uruqvay və Peruda diplomatik ofisləri açılıb, Avstriya, Sudan, Cibuti, Paraqvay, İtaliya və Maltada yeni fəxri konsulluqları fəaliyyətə başlayıb. Azərbaycanda isə Peru, Kosta-Rika, Meksika, Venesuela və Çilinin səfirlikləri, Əlcəzair, Portuqaliya, Xorvatiya, Estoniya və Monteneqronun diplomatik ofisləri, həmçinin San-Marino, Sloveniya, Makedoniya və Efiopiyanın fəxri konsulluqları açılıb. Azərbaycan Respublikası ilə Tanzaniya Respublikası, Vanuatu Respublikası, Baham Adaları Birliyi, Samoa Dövləti, Palau Respublikası, San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulub. Hazırda Azərbaycan Respublikasının xarici dövlətlərdə 59 səfirliyinin, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyinin, 9 baş konsulluğunun, 11 təmsilçilik ofisinin və 15 fəxri konsulluğunun fəaliyyət göstərdiyini deyən E.Məmmədyarov əlavə edib ki, ölkəmizdə isə 66 dövlətin səfirliyi, 4 baş konsulluq, 13 fəxri konsulluq və 22 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.
Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xarici İşlər Nazirliyi bundan sonra da beynəlxalq münasibətlər sistemində Azərbaycanın dövlət maraqları və milli mənafeyinin layiqincə qorunması və təmin olunması istiqamətində müstəqil və çevik xarici siyasət fəaliyyətini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

