/ / Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri ilə görüşüb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri ilə görüşüb
06.07.2019 [10:01]
İyulun 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gələn Fransa Respublikasının Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri, sabiq ekologiya, dayanıqlı inkişaf və energetika naziri xanım Seqolen Ruayal ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva Seqolen Ruayalın ölkəmizə səfərinin uğurlu keçəcəyinə əminliyini ifadə edib. Birinci vitse-prezident Azərbaycanla Fransa arasında bir çox sahələr üzrə əlaqələrin inkişaf etdiyini məmnunluqla qeyd edib, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Mehriban Əliyeva ötən il Prezident İlham Əliyevin, bu il isə özünün Fransaya səfərinin, aparılan danışıqların, imzalanan sənədlərin siyasi əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.
İqtisadi sahədə də əməkdaşlığın uğurla inkişaf etdiyini deyən Birinci vitse-prezident bu istiqamətdə yaxşı potensialın mövcudluğunu qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazda Fransanın ən böyük ticarət tərəfdaşıdır və ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika var. “Xoş haldır ki, ənənəvi tərəfdaşlıq sahəsi olan enerji əməkdaşlığı ilə yanaşı, qeyri-neft sektorunda da əməkdaşlıq genişlənir”, - deyən Birinci vitse-prezident bir sıra Fransa şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətini qeyd edib, yüksək texnologiyalar, nəqliyyat, şərabçılıq kimi sahələrdə əlaqələrin möhkəmləndiyini bildirib.
Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan Mehriban Əliyeva paytaxtımızda Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə təməli qoyulan Bakı Fransız Liseyinin və hər 2 ölkənin dövlət başçılarının təşəbbüsü ilə yaradılan Azərbaycan-Fransız Universitetinin uğurla fəaliyyət göstərdiklərini qeyd edib, humanitar sahənin ölkələrimizin və xalqlarımızın bir araya gətirilməsində böyük rol oynadığını vurğulayıb. Birinci vitse-prezident Mehriban Əliyeva son vaxtlar bu istiqamətdə görülən işlərdən danışaraq, Azərbaycanın və Fransanın şəhərləri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanmasını ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaratdığını deyib. Mehriban Əliyeva bir daha qonağı ölkəmizdə salamlayaraq ona uğurlu səfər arzulayıb.
Fransanın Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri Seqolen Ruayal Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşməyin onun üçün şərəf olduğunu bildirib. Qonaq Mehriban Əliyevanın bu yaxınlarda Parisə səfərini xatırlayaraq, bu səfəri yüksək dəyərləndirib. Görüşdən əvvəl Bakıdakı Azərbaycan-Fransız Universitetinə getdiyini qeyd edən Seqolen Ruayal belə layihələrin 2 ölkə arasında qurulan əməkdaşlığı təcəssüm etdirdiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20

