Bakıda Belarusun milli bayramı qeyd edilib
03.07.2019 [09:38]
İyulun 2-də Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.
Səfir Gennadi Axramoviç bildirib ki, 1944-cü il iyulun 3-də Minskin faşist işğalçılarından azad edilməsi Belarusun Müstəqillik Günü kimi qeyd olunur. Belarus xalqı İkinci Dünya müharibəsi zamanı böyük itkilər yaşayıb. O, Belarusun işğaldan azad olunmasında iştirak edən ölkələrə minnətdarlığını bildirib.
Səfir, həmçinin Belarusun Azərbaycan ilə əlaqələrinə toxunub. Bildirib ki, Belarus Azərbaycan ilə əməkdaşlığa və dostluğa böyük önəm verir. İki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Azərbaycan-Belarus əlaqələri qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurulub.
Rəsmi qəbulda çıxış edən Baş Nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan Hökuməti adından Belarus xalqını təbrik edib.
Yaqub Eyyubov Azərbaycan-Belarus münasibətlərinin səmimi dostluğa əsaslandığını deyib. Bildirib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, eləcə də iki ölkənin liderləri arasındakı şəxsi dostluq münasibətləri əlaqələrimizin inkişafına böyük töhfə verir. Azərbaycan və Belarusun qarşılıqlı etimada əsaslanan münasibətləri var. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyini alqışlayırıq.
Baş Nazirin birinci mavini vurğulayıb ki, Azərbaycan və Belarus arasında iqtisadiyyat, mədəniyyət, idman, səhiyyə, kənd təsərrüfatı, ticarət, maşınqayırma və digər sahələrdə əməkdaşlıq genişlənir.
Yaqub Eyyubov qeyd edib ki, Bakıdan sonra Avropa Oyunlarının estafetini Belarusun götürməsi çox əlamətdardır. Belarus Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil etdi və öz qonaqpərvərliyini nümayiş etdirdi.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

