Azərbaycanın Baş Naziri Bolqarıstan Baş Nazirinin müavini ilə görüşüb
25.06.2019 [10:07]
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov iyunun 24-də Bolqarıstan Respublikası Baş Nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Bolqarıstan münasibətlərindən danışan Baş Nazir Novruz Məmmədov ölkələrimiz və xalqlarımız arasında çox yaxşı münasibətlərin olduğunu bildirərək deyib: “Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Düşünürəm ki, sizin səfəriniz də ölkələrimiz arasında olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək”.
Baş Nazir Azərbaycan ilə Bolqarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Novruz Məmmədov ölkələrimiz arasındakı iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Baş Nazir Bolqarıstanın Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsilə “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmasının ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini deyib.
Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə Bolqarıstan tərəfinə minnətdarlığını ifadə edib.
Azərbaycan ilə Bolqarıstanın dost ölkələr olduqlarını vurğulayan Yekaterina Zaxaryeva 2015-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından önəmli olduğunu diqqətə çatdırıb, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki önəmli rolundan bəhs edilib, enerji, turizm, ticarət, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41

