/ / Sankt-Peterburqda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının 26-cı iclası keçirilib
Sankt-Peterburqda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının 26-cı iclası keçirilib
08.06.2019 [07:30]
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iclasda çıxış edib
Rusiyanın Sankt-Peterburq şəhərində MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXVI iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, İnformşuranın sədri, TASS agentliyinin baş direktoru Sergey Mixaylov iclası açıq elan edərək gündəlikdə duran məsələnin Böyük Vətən müharibəsində Qələbənin qarşıdan gələn 75-ci ildönümü ilə bağlı hazırlıq işlərinin müzakirəsi olduğunu qeyd edib. O, TASS agentliyinin bu istiqamətdə gördüyü və görəcəyi işlərdən danışıb, Qələbənin yubileyinin yüksək səviyyədə qeyd olunması üçün birgə səy göstərməyin vacibliyini bildirib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) və Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda çıxış edərək gündəlikdə duran məsələnin əhəmiyyətini qeyd edib, bu sahədə uğur qazanmaq üçün üzv agentliklərin birgə səy göstərməsinin vacibliyini vurğulayıb.
“Gündəlikdə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə bağlı məsələ var. Bu tarixi hadisə bizim xalqlarımızın həyatında dərin iz buraxıb, hər birimizin ailəsinə, yaxınlarının və dostlarının ailələrinə təsir edib. Azərbaycan da bu Qələbəyə töhfə verən ölkələrdən biri kimi onu yüksək səviyyədə qeyd edir, veteranlarımıza hörmət və qayğı göstərilir. AZƏRTAC olaraq biz Şuranın bununla bağlı layihələrində yaxından iştirak edəcəyimizi və öz tərəfimizdən informasiya dəstəyini göstərməyə hazır olduğumuzu bildiririk”, - deyə A.Aslanov əlavə edib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri, həmçinin İnformşuraya üzv agentliklər arasında yeni mübadilə üsullarından da danışaraq qeyd edib ki, biz mətnli və foto informasiya mübadiləsini həyata keçiririk. Artıq həm də videoxəbərlərin mübadiləsinin vaxtı yetişib və bununla bağlı təşkilati işləri sürətləndirmək lazımdır. Bunun üçün hər hansı vahid platforma və ya mövcud platformanın təkmilləşdirilməsi üzərində düşünə bilərik. Artıq üzv agentliklərin əksəriyyətində videoxəbər istehsal edilir. Bu məsələni də diqqətdə saxlamağa dəyər.
Belarus Teleqraf Agentliyinin baş direktoru İrina Akuloviç də öz növbəsində Qələbənin 75 illiyinə hazırlıqla bağlı görülən işlərdən, ölkəsində müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. O, həmçinin cari il iyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarına da toxunub. “Bakı 2015” birinci Avropa Oyunları zamanı Azərbaycan heykəltəraşları tərəfindən müxtəlif idman növlərinə aid yaradılan heykəllərin Belarusda keçirilən “İdman - yüksək incəsənət” sərgisində nümayiş olunduğunu diqqətə çatdırıb və bununla bağlı Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Mövzu ətrafında digər çıxış edənlər Qələbənin 75 illiyi münasibətilə keçiriləcək tədbirlərə hazırlıq məsələlərindən danışıblar, bu istiqamətdə təkliflərini bildiriblər. Həmçinin müharibə veteranlarının hələ heç yerdə görünməmiş fotolarından ibarət sərginin yaradılması təklif olunub.
TASS agentliyinin MDB və Baltik ölkələri sektorunun rəhbəri Boris Qruşin İnformşuranın layihələrinin reallaşdırılması barədə ətraflı məlumat verib. B.Qruşin AZƏRTAC-ın bu işə böyük töhfə verdiyini vurğulayıb, digər agentliklərə də informasiya mübadiləsi sahəsində yaxından iştirak etməyi tövsiyə edib.
* * *
İclasdan sonra MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin rəhbərləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında iştirak ediblər.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, XX əsrdə formalaşmış qlobal inkişaf modeli müasir iqtisadi reallıqlara uyğun gəlmir. Dünyada qeyri-sabitliyin başlıca mənbəyi yeni texnoloji dalğanın inhisarlaşdırılması cəhdləridir. Rusiya dövlətinin başçısı həyati vacib istehlak mallarını, o cümlədən dərman preparatlarının ticarət müharibələrinin təsirindən çıxarılmasını da təklif edib.
Tədbirdə Çin Xalq Respublikasının Sədri Si Cinpin, Bolqarıstan Prezidenti Rumen Radev, Slovakiyanın Baş naziri Peter Pelleqrini, BMT-nin Baş katibi Antonio Quterreş çıxış edərək iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları, miqrasiya problemləri, iqlim dəyişikliklərinin törətdiyi risklər və digər mühüm məsələlərə toxunublar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

