Sahibkarlar bir daha gördülər ki, dövlət onların yanındadır
30.03.2019 [09:04]
Bu gün cəmiyyətdə statusundan asılı olmayaraq hər bir vətəndaşımız dövlətin diqqət və qayğısını öz həyatında hiss edir. Təbii ki, bu qayğı günbəgün artır, dövlət hər bir vətəndaşının probleminə daha həssas şəkildə yanaşır və onu həll edir. Xüsusilə bu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə sosial sferada həyata keçirilən islahatlar, imzalanan fərman və sərəncamlar bunu bir daha təsdiq edir. Ölkəmizin başçısı bölgələrə səfərləri zamanı sakinlərlə görüşür, onların problem və qayğılarını öz dillərindən eşidir və ən yüksək səviyyədə həllinə çalışır. Bu və digər mühüm məqamlar həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Baş redaktor qeyd edib ki, bu günlərdə Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısının çıxışı bir daha onu sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Prezident əsl liderlik nümunəsi göstərərək yanğın zamanı ziyan çəkmiş sahibkarlara dövlətin dəstək olacağını vurğuladı. “Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik”. Prezidentin bu sözləri yanğın zamanı böyük ziyan görmüş sahibkarların narahatlıqlarına son qoydu.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, baş vermiş hadisədən nəticə çıxarmaq, təhlükəsizlik və sığorta sahəsindəki boşluqları aradan qaldırmaq lazımdır. Bu gün müxtəlif sahələrdə, xüsusilə biznes sektorunda sığorta maarifləndirilməsinə ciddi ehtiyac var. Bəzi hallarda bu, hətta məcburi xarakter daşımalıdır. Bu mənada hər bir sahibkar öz biznesini, malını, mülkünü sığortalamalıdır. Bununla da o, baş verə biləcək bu kimi bədbəxt hadisələrdən daha az zərərlə çıxa bilər. Digər tərəfdən, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görülməlidir. Sahibkarlar, obyekt sahibləri pul qazanmaqla yanaşı, öz sosial məsuliyyətlərini də dərk etməli, təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməlidirlər. Dövlət başçısı müşavirədə çıxışı zamanı bu məsələlərə toxunub, ölkəmizdə sığorta sahəsində boşluqların olduğunu bildirib, sahibkarlara məsləhət görüb ki, öz əmlaklarını sığortalasınlar. Belə olan halda onlar tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə əmlakları batmayacaq.
V.Rəhimzadə əlavə edib ki, sahibkarlar bir daha gördülər ki, dövlət onların yanındadır, onların sərbəst, rahat, şəffaf və qanunun tələblərinə uyğun şəkildə fəaliyyətlərinə dəstəkdir. Ölkə rəhbərliyinin bu yanaşması isə vətəndaşın dövlətə inamını artırır, xalq-iqtidar birliyini daha da möhkəmləndirir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23

