“Con Batçelor Şou” radio proqramı Azərbaycanla bağlı silsilə verilişlər hazırlayıb
16.03.2019 [10:03]
ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik olan “Con Batçelor Şou” (John Batchelor Show) radio proqramı Azərbaycanla bağlı silsilə verilişlər hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “Con Batçelor Şou”nun ölkəmizdə səfərdə olan jurnalistləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüblər. Görüşdə Əli Həsənov Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq əlaqələri, multikultural dəyərləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm layihələr barədə məlumat verib.
Verilişlərdə Azərbaycanda gedən inkişaf prosesləri, bu günlərdə keçirilən VII Qlobal Bakı Forumu, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev, “The Washington Times” qəzetinin müxbiri Monika Krouli, tanınmış amerikalı vəkil, Birləşmiş Ştatların mərhum Prezidenti Riçard Niksonun nəvəsi Kristofer Nikson Koks “Con Batçelor Şou”nun jurnalistlərinə müsahibə veriblər.
Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixindən, səbəb və nəticələrindən, ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsindən, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən söhbət açıb. O, münaqişənin həlli üçün Azərbaycanın ərazi bütövlüyünün bərpasının, qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının zəruriliyini qeyd edib.
Monika Krouli deyib ki, Azərbaycan cəmi iki onillik ərzində iqtisadi möcüzə yaratmağa nail olub. Bu isə uzaqgörən dövlət siyasəti nəticəsində mümkün olub. “The Washington Times” qəzetinin müxbiri, həmçinin əlavə edib ki, Azərbaycan öz inkişafı ilə regiona və dünyaya iqtisadi nümunə olmaq yolunda qətiyyətlə irəliləyir.
Kristofer Nikson Koks isə Qlobal Bakı Forumu ilə bağlı təəssüratlarını bölüşüb. O, Qlobal Bakı Forumunun əhəmiyyətli bir tədbir olduğunu bildirib, müzakirə olunan mövzuların önəmini qeyd edib.
“Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə çoxsaylı radiokanal tərəfindən həm canlı, həm də audioyazı formasında geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu proqram ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13

