Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı İstanbulda izdihamlı yürüş keçirilib
27.02.2019 [10:00]
XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı fevralın 26-da Türkiyənin İstanbul şəhərində izdihamlı yürüş keçirilib. Yürüş Azərbaycanın İstanbuldakı baş konsulluğu və İstanbulun Bağçılar Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, yürüşdə Azərbaycandan gəlmiş nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin deputatları, ictimaiyyətin və KİV-lərin nümayəndələri, ölkəmizin İstanbuldakı baş konsulluğunun, Bağçılar Bələdiyyəsinin əməkdaşları iştirak ediblər.
Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqları, “Xocalı qətliamı. Unutmadıq, unutdurmayacağıq” sözləri, soyqırımı zamanı həlak olmuş insanların adları yazılmış plakatlar tutan yürüş iştirakçıları Bağçılar meydanından Azərbaycan Dostluq Parkına doğru hərəkət ediblər.
Yürüşün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, ermənilər tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım 27 il əvvəl Azərbaycanın Xocalı şəhərində insanlıq dramının yaşandığını bildirib. Qeyd edilib ki, bu faciə yalnız azərbaycanlılara deyil, bütün türk millətinə, insanlığa qarşı törədilən cinayətdir. Şamil Ayrım Xocalı qətliamı zamanı 613 günahsız insanın, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın xüsusi qəddarlıqla öldürüldüyünü, 1275 insanın əsir və girov götürülərək işgəncələrə məruz qaldığını xatırladıb. Bildirib ki, ermənilər əsirlər boyu Qarabağ torpağında bir çox qanlı cinayətlər törədiblər və tarixdə bunun sübutları var. Qarabağın, sadəcə, Azərbaycanın deyil, bütün türk dünyasının qanayan yarası olduğunu bildirən dostluq qrupunun rəhbəri bu qətliamı törədənlərin cəzalandırılmasının, haqq-ədalət qarşısında cavab verməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək Azərbaycanın artıq 30 ildir Cənubi Qafqazda sülh axtarışında olduğunu bildirib. Qeyd edib ki, 27 ildir biz Xocalıya ədalət axtarırıq. Bu müddət ərzində biz bu soyqırımının nəticələri, onun qurbanları barədə həqiqətləri dünyaya çatdırırıq. Əlbəttə, bu istiqamətdə əldə etdiyimiz nəticələr var. Türkiyə Respublikası və türk xalqının dəstəyi ilə biz dünyanın böyük bir qisminə bu qətliamın həqiqətlərini çatdıra bilmişik. Türkiyə də daxil olmaqla dünyanın demək olar ki, bütün dövlətləri Xocalıda nələrin baş verdiyini bilirlər. Bu günədək dünyanın 10-dan çox ölkəsi, ABŞ-ın 22 ştatı Xocalıda baş verənləri soyqırımı kimi tanıyıb. Biz Xocalı soyqırımının səbəb və nəticələrini daha geniş coğrafiyada tanıtmaq istiqamətində işlərimizi davam etdiririk. Xocalıya ədalət axtarışı Azərbaycanın dövlət siyasətidir və biz bu siyasəti artıq təkcə Azərbaycan deyil, Türkiyənin köməyi, türk xalqının iştirakı ilə həyata keçiririk. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 2007-ci ildə Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Forumunda iştirak ediblər. Həmin toplantıdan sonra biz bir millət, iki dövlət olaraq diaspor qurumlarımızı birləşdirmişik və vahid diaspor siyasəti yürüdürük. Bu gün dünya ölkələrində azərbaycanlılar qədər türklər də Xocalıya ədalət uğrunda çalışırlar. Bu günlərdə Türkiyənin hər bir bölgəsində Xocalı qətliamı qurbanlarının xatirəsi yad edilir.
Digər çıxış edənlər Xocalıda törədilmiş soyqırımı haqqında tədbir iştirakçılarına məlumat veriblər. Qeyd edilib ki, orada insanlar azərbaycanlı və müsəlman olduqlarına görə qətlə yetiriliblər. Buna görə də Xocalı soyqırımı yalnız Azərbaycana qarşı deyil, bütün türk və müsəlman dünyasına, eyni zamanda, insanlığa qarşı törədilmiş bəşəri cinayətdir.
Sonra tədbir iştirakçıları parkda inşa edilmiş “Xocalını unutma” abidəsinin önünə güllər düzüblər.
Xocalı soyqırımında qətlə yetirilmiş insanların sayına uyğun olaraq parkda 613 ağac əkilib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

