Xocalı soyqırımı haqqında həqiqətləri dünyaya çatdırmaq hər birimizin borcudur
26.02.2019 [08:46]
İstanbulun Bahçeşehir Universitetində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, faciə qurbanlarının xatirəsi yad edilib.
Çıxış edən Bahçeşehir Universiteti rektorunun müavini, professor Tunc Bozbura türklərin əsrlər boyu bir çox qətliamlara məruz qaldıqlarını bildirib. Qeyd edib ki, bütün olanlara baxmayaraq, türk milləti olaraq hər zaman gələcəyə ümid bəsləmişik. Lakin tarixdə baş verən qanlı hadisələri heç bir zaman unutmayacağıq və bunu gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
T.Bozbura gələcəkdə daha yaxşı izlər qoymaq uğrunda mübarizə aparmağın vacibliyini vurğulayıb. Xocalı qətliamını insanlıq tarixində görülmüş ən böyük vəhşiliklərdən biri adlandıran professor, qardaş ölkə Türkiyənin bu qanlı hadisənin səbəbkarlarının cəzalandırılmasını tələb etdiyini bildirib.
Tədbirdə çıxış edən universitetin dosenti Mehmet Çelik Azərbaycanın yalnız azərbaycanlıların deyil, bütün türk dünyasının Vətəni olduğunu bildirib. Qeyd edib ki, bu səbəbdən Azərbaycanın kədəri bütün türk dünyasının kədəridir. “Biz bu gün burada 27 il öncə vəhşicəsinə qətlə yetirilmiş doğmalarımızı yad edirik”, - deyən M.Çelik Xocalıda öldürülənlər arasında dinc sakinlərin - uşaqların, qadınların və qocaların çoxluq təşkil etdiyini, bu səbəbdən Xocalıda baş verənlərin məhz soyqırımı, qətliam olduğunu vurğulayıb. Bildirib ki, bu qətliam ermənilərin işğalçı siyasətinin bir hissəsidir və Xocalıda cəsədlərin üzərində törədilmiş vəhşiliklər insanlıqdan kənar davranışdır.
M.Çelik bu tarixin təkrarlanmaması və ədalətin bərqərar olması uğrunda mübarizə aparmağın vacibliyini qeyd edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, 27 il keçməsinə baxmayaraq, Xocalı soyqırımı beynəlxalq platformada hələ də yetərincə tanınmayıb. Qeyd edilib ki, illər boyu təkcə Xocalıda deyil, Azərbaycanın digər bölgələrində də ermənilər tərəfindən müxtəlif qanlı hadisələr törədilib. O zaman müstəqilliyini yeni qazanmış Azərbaycanın bu hadisələrin qarşısını almağa gücü yetmədi. Belə ki, o zamanlar Azərbaycan Ordusu formalaşmamışdı və könüllülərdən ibarət dəstələr ermənilərə qarşı öz gücləri hesabına mübarizə aparmağa çalışırdı. Bunun nəticəsidir ki, biz bu gün Azərbaycan xalqına qarşı törədilmiş növbəti qanlı hadisənin ildönümünü qeyd edirik. Hazırda Azərbaycan dünyanın ən inkişaf etmiş və güclü orduya sahib dövlətlərindən biridir. Lakin buna baxmayaraq, ərazi bütövlüyümüzün bərpasını istəyirik, eyni zamanda, sülhün, əmin-amanlığın tərəfindəyik.
“Xocalı həqiqətlərini və ermənilər tərəfindən törədilmiş bu kimi digər qanlı hadisələri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur”, - deyən B.Həsənov bu məsələdə sosial mediadan istifadənin vacibliyini vurğulayıb. Qeyd edib ki, artıq dünyada sosial media klassik medianı üstələyir. Öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün xüsusən gənclər sosial medianın gücündən geniş istifadə etməlidir. Hazırda dünyada informasiya müharibəsi məhz sosial media üzərindən aparılır və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq bizim əlimizdədir.
B.Həsənov Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalı altında olmasına, bir milyondan çox insanın öz vətənində məcburi köçkün vəziyyətində yaşamasına və Xocalı kimi qətliamların törədilməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin bu hadisələrə səssiz qaldığını, ermənilərin hələ də cəzalandırılmadığını vurğulayıb. Bildirilib ki, bu hal dünya ölkələri üçün sülhün təhdid edilməsi deməkdir. Bildirilib ki, Xocalı soyqırımını yalnız anım günlərində deyil, hər bir beynəlxalq platformada xatırlamaq bizim üçün vacibdir. Biz həqiqətləri dünyaya tanıtmalı və geniş təbliği ilə məşğul olmalıyıq. Xocalı soyqırımı haqqında bütün həqiqətləri dünyaya çatdırmaq hər birimizin borcudur.
Tədbirdə çıxış edən Xocalı faciəsinin canlı şahidi, Milli Məclisin deputatı Elman Məmmədov o qanlı gecə haqqında iştirakçılara ətraflı məlumat verib.
Sonda azərbaycanlı tələbələrlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

