Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
24.01.2019 [09:51]
Çox qəribədir, imzalamadığımız bir sənəddən imtina etməyimiz istənilir.
AZƏRTAC xəbər verir ki, bu fikri AŞPA-nın “Şəriət qanununun İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu: Konvensiyaya qoşulan ölkələr Qahirə Bəyannaməsinin iştirakçısı ola bilərmi?” adlı məruzənin müzakirələri zamanı qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov söyləyib.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropa Şurası 10 il əvvəl Azərbaycanla fəxr edirdi. Bakıda Avropa Şurasına üzv olan 47 ölkənin, eləcə də 10 İslam ölkəsinin mədəniyyət nazirlərinin konfransında Bakı Bəyannaməsi imzalandı. Qarşılıqlı anlaşma, mədəniyyətlərarası əlaqələr, birgə gələcək, insan hüquqları haqqında olan bu Bəyannamənin imzalanması yüksək qiymətləndirildi. Ancaq 10 il sonra Azərbaycan, Albaniya və Türkiyədən heç vaxt imzalamadığımız Qahirə Bəyannaməsindən imtina etmək tələb olunur. Azərbaycan 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatının üzvü olub. Qahirə Bəyannaməsi isə 1990-cı ildə imzalanıb. Ölkəmiz heç vaxt Qahirə Bəyannaməsini imzalamayıb. Biz dünyəvi ölkəyik. Bakının mərkəzində kilsə, sinaqoqlar var, onların sayı çoxalır. Ölkəmizdə əhalinin əksəriyyəti müsəlmandır. Biz müsəlman irsimizlə fəxr edirik. İrsimizi qoruyub saxlayırıq, amma dünyəvi ölkəyik. Biz Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışıq. İnsan hüquqları, demokratiya, qanunun aliliyi kimi ümumi dəyərləri daha yaxşı anlamaq məqsədilə dəfələrlə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının birgə komissiyasını təşkil etməyi tövsiyə etmişik.
S.Seyidov vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqəsi olan ölkələrə qarşı müəyyən cəza ideyalarından danışmaq əməkdaşlıq yolu deyil. Dialoq yaratmaq bu təşkilatda eyni dəyərləri bölüşən ölkələrlə qarşıdurma yaratmaqdan daha yaxşı olar. Nümayəndə heyətinin rəhbəri əməkdaşlığın tərəfdarı olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57

