“Özünü “Milli şura” adlandıran qondarma qurum Azərbaycanın dəyərlərinə hörmət etmir”
22.01.2019 [10:05]
“Azərbaycan müxalifətinin yanvarın 19-da mitinq keçirməsinin səbəbini son günlər ermənipərəst mərkəzlərin Azərbaycan ətrafında siyasi şou kampaniyası başlatması ilə əlaqələndirə bilərik. Çünki Mehman Hüseynov məsələsi ətrafında qurulan siyasi kampaniya eyni mərkəzdən komanda almış kimi bütün “5-ci kolon”un nümayəndələrini hərəkətə gətirdi. Lakin qısa müddət ərzində bu kampaniyanın əsassız olduğu isbatlandı. Yəni M.Hüseynov məsələsi ilə bağlı məlum oldu ki, burada hüquqa zidd heç bir hadisə baş verməyib”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, avropalı diplomatlar təcridxanaya getdilər və bəlli oldu ki, doğrudan da heç bir qanun pozuntusu yoxdur: “Buna rəğmən, Azərbayana qarşı təşkil olunmuş bu kampaniya səngimir. Çünki anti-Azərbaycan mərkəzlər bu tapşırıqlarını davam etdirirlər. Düşünürəm ki, yanvarın 19-da təşkil olunan mitinq də bu kampaniyanın tərkib hissəsi idi. Mitinq cəmiyyətin siyasi sifarişi olmadığı üçün də 10-a yaxın siyasi partiyanın birgə təşkil etməsinə baxmayaraq, yenə uğursuz oldu. İctimai fəal fərdlər belə aksiyanı dəstəkləmədilər, çünki bu addım süni şəkildə gündəmi dəyişməyə hesablanmış bir addım idi. Azərbaycan ictimaiyyətinin sosial sifarişi və tələblərindən irəli gələn mitinq deyildi”.
Hikmət Babaoğlu bildirib ki, mitinq uğursuzluğunu ört-basdır etmək üçün “Milli şura” adlandırılan qondarma qurumun üzvləri Azərbaycan xalqı üçün çox dəyərli bir gün olan 20 Yanvar şəhidlərinin anım günündə, Azərbaycan xalqının and yeri və müqəddəs şəhidlərimizin uyuduğu məkanda yeni bir siyasi təxribata əl atdılar: “Bu onu göstərir ki, özünü “Milli şura” adlandıran bu qondarma qurum ilk növbədə Azərbaycanın dəyərlərinə hörmət etmir. İkincisi, siyasi əxlaq baxımından kasaddırlar. Üçüncüsü, Azərbaycanın ən müqəddəs dəyərlərini də siyasi spekulyasiya predimetinə çevirməyə hazırdılar. Çünki onlara tapşırıq bu şəkildə gəlib. Azərbaycanda mənəvi deqradasiya aparmağa çalışır, siyasi şantaj və istismarla məşğul olmaq istəyirlər.
Bunun müqabilində isə anti-Azərbaycançı mərkəzlərdən pul almaq niyyəti güdürlər. “Milli şura” üzvlərinin fəaliyyəti əslində bundan ibarətdir. Ona görə düşünürəm ki, sosial şəbəkələrdə canlı yayımlar etməklə, bu məsələni sosial mediada şişirtməklə əslində anti-Azərbaycançı mərkəzlərə onların sifarişlərini yerinə yetirmələri ilə bağlı hesabatlar verirdilər. Azərbaycan ictimaiyyəti isə bu halı çox mənfi qarşıladı. Azərbaycan xalqı heç zaman imkan verməyib ki, hansısa məkrli qüvvələr onun ictimai rəyi ilə manipulyasiya etsin. Hesab edirəm ki, 19 yanvar mitinqi və bunun davamı olaraq 20 Yanvarda təşkil olunan bir daha “Milli şura” adlandırılan qurumun özünü ifşası ilə nəticələnmiş oldu”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

