/ / Vüqar Rəhimzadə: “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir
Vüqar Rəhimzadə: “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir
18.01.2019 [09:35]
Dövlətimizin başçısı İlham Əliyev qeyri-neft sektorunda istehsal olunan və Azərbaycan brendi ilə tanınan məhsulların dünya bazarlarına ixracını prioritet vəzifə kimi qarşıya qoyaraq, bu istiqamətdə bir-birindən önəmli addımlar atır. Məqsədə çatmaq üçün ilk növbədə özəl sektorda hazırlanan mallara tələbat yerli potensial hesabına ödənilməli, idxal azaldılmalıdır. Aparılan iqtisadi islahatlar və həyata keçirilən layihələr nəticəsində bu məqsədə yüksək səviyyədə nail olunur.
Bunu Trend-ə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə vurğulayıb ki, hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihə olan “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq: “Bu zavodun işə düşməsi, eyni zamanda, ölkəmizdə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Məlumdur ki, bu günədək azot gübrələri Azərbaycana idxal edilirdi. Zavodun istifadəyə verilməsi ilə həm daxili bazarın tələbatı tam ödəniləcək, həm də istehsal olunan məhsulun təxminən 70 faizi ixrac ediləcək”.
Baş redaktor bildirib ki, 2013-2020-ci illəri əhatə edən mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır: “Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya, sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma əsas prinsip kimi diqqət mərkəzindədir. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdikləri ölkəmizdə dünya təcrübəsindən istifadəyə diqqət daha da artır, sağlam investisiya mühitinin formalaşdırılması və yaxşılaşdırılması məqsədilə mühüm işlər görülür. “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi bu məqama da işıq salır. Belə ki, dövlətimizin başçısının da vurğuladığı kimi, zavodun tikintisində xarici tərəfdaşlar da iştirak edib. Birgə səylərin göstərilməsi əsasında beynəlxalq standartlara cavab verən müəssisənin yaradılması mühüm əməkdaşlıq nümunəsinin göstəricisidir”.
Ekspert deyib ki, bu gün xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində səylərin artırılması başlıca vəzifə kimi diqqətdə saxlanılır: “Dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Qarşıya qoyulan bu kimi məqsədlərə yüksək səviyyədə nail olmaq üçün potensial baza kimi qeyri-neft sənayesinə, fermer təsərrüfatlarına investisiya qoyuluşuna xüsusi önəmin verildiyi “SOCAR karbamid” zavodunun timsalında aydın görünür. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən və bundan sonra da gerçəkləşəcək layihələr qarşıdakı illərdə sənayenin inkişafını stimullaşdıracaq”.
O, məhz bu proqrama, eyni zamanda, “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq reallaşan “SOCAR karbamid” zavodunu ən müasir standartlara cavab verən böyük sənaye müəssisəsi kimi dəyərləndirərək, ölkə Prezidenti İlham Əliyevin müəssisənin kollektivi ilə görüşündə diqqət yönəltdiyi bu məqamdan da bəhs edib ki, zavodda ildə 650 min ton karbamid istehsal olunacaq: “Onun böyük əksəriyyəti ixrac ediləcək. Ən əsası, daxili tələbat ödəniləcək. Azərbaycan dövlətinin fermerlərə verilən gübrələrin 70 faizinin vəsaitini təmin etdiyini nəzərə alsaq, bu, büdcəmiz üçün kifayət qədər böyük maliyyə yüküdür. Artıq büdcəmiz bu maliyyə yükündən azad olacaq, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək. Ən əsası fermerlərimizi daxili imkanlar hesabına ən keyfiyyətli gübrə ilə təmin etmək imkanındayıq”.
V.Rəhimzadə bu məqamı da xüsusi vurğulayıb ki, uğurlu sonluqla başa çatan hər bir layihənin əhəmiyyətindən bəhs edərkən, təbii ki, onun bu günümüzün əsas çağırışlarından olan işsizlik probleminin həllinə nə kimi töhfə verəcəyi xüsusi qeyd edilir: “SOCAR karbamid” zavodunda 500 iş yeri yaradılacaq və burada çalışanların böyük əksəriyyəti yerli vətəndaşlar, xüsusilə gənclər olacaq. Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşündə bildirib: “Ölkəmizin uğurlu inkişafı üçün belə böyük müəssisələrin çox böyük əhəmiyyəti var. Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq. Qeyd etdiyim kimi, qeyri-neft sənayesində 9,1 faiz artım çox böyük göstəricidir”.
Baş redaktor bu ümumiləşdirməni diqqətə çatdırıb ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlar sinfinin formalaşdırılması və bu istiqamətdə davamlı addımların atılması bir məqsədə xidmət edir ki, vətəndaş amilinə verilən dəyərin göstəriciləri daha böyük rəqəmlərlə ifadə olunsun.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

