Bakıda QİƏT-in üzvü olan dövlətlərin İKT nazirlərinin toplantısı keçirilib
05.11.2009 [10:07]
Tədbirin həmsədri, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, informasiya texnologiyalarının bu gün hər bir ölkənin sosial-iqtisadi, demokratik inkişafı sahəsində ən vacib mexanizmə çevrildiyi hamıya bəllidir. İnformasiya texnologiyaları, həmçinin üçüncü minilliyin məqsədlərinin həyata keçirilməsi istiqamətində də əsas alətdir. Azərbaycan dövləti informasiya və kommunikasiya texnologiyalarının (İKT) QİƏT üzvü olan dövlətlərin fəaliyyəti çərçivəsində inkişafını vacib prioritetlərdən biri hesab edir. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, son illər QİƏT üzvü olan dövlətlər arasında əməkdaşlıq, xüsusilə, informasiya texnologiyaları sahəsində sürətlə inkişaf edir. Sevindirici haldır ki, təşkilata üzv ölkələrin, demək olar, hamısında regional səviyyəli layihələr həyata keçirilir. QİƏT dövlətləri bu sahədə bir-birilərini dəstəkləyirlər. Nazir bu toplantının əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliyini vurğulayıb. Toplantıda qonaq qismində iştirak edən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture və Rabitə üzrə Regional Birliyin icraçı direktoru Nuriddin Muxitdinov müxtəlif beynəlxalq qurumların İKT sahəsində əlaqələrinin vacibliyindən danışıb, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıblar. QİƏT-in daimi nümayəndəliyinin baş katibi səfir Leonidas Xrizantopulosun toplantı iştirakçılarına müraciəti oxunub. Tədbirin gündəliyi təsdiq edildikdən sonra nümayəndə heyətləri başçılarının, eləcə də QİƏT müşahidəçilərinin, beynəlxalq təşkilat və qurumların nümayəndələrinin çıxışları dinlənilib. Sonda toplantının yekun sənədi qəbul olunub. Tədbirdə QİƏT-in üzvü olan dövlətlərdən Azərbaycan, Gürcüstan, Moldova, Rusiya, Türkiyə, Rumıniya, Yunanıstan, Bolqarıstan və Ukraynanın nümayəndə heyətləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02

