Küveytin Baş naziri FANA konfransının iştirakçıları ilə görüşüb
04.12.2018 [10:29]
OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov görüşdə çıxış edib
Dekabrın 2-də Küveytin Baş naziri Cabir Mübarək əl-Həməd əs-Sabah bu ölkənin dövlət xəbər agentliyinin (KUNA) ev sahibliyi ilə keçirilən Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) Baş Assambleyasının 46-cı konfransının iştirakçılarını, o cümlədən konfransa müşahidəçi kimi dəvət olunmuş Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovu qəbul edib.
Müasir dövrdə informasiyanın düzgün çatdırılmasında xəbər agentliklərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan Baş nazir cəmiyyətlərə mənfi təsir göstərən yanlış xəbərlərin qarşısının alınmasında jurnalistləri daha diqqətli olmağa və peşəkarlıq prinsiplərinə daim sadiq qalmağa çağırıb. Cabir Mübarək əl-Həməd əs-Sabah qeyd edib ki, hazırda dünyada islamafobiya halları və terroru İslam dini ilə bağlamaq cəhdləri geniş yayılıb. Baş nazir dezinformasiya və yanlış məlumatlandırma siyasətinə qarşı mübarizədə OANA və FANA kimi regional media təşkilatlarının fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.
Görüşdə bir sıra ərəb dövlətlərinin xəbər agentliklərinin rəhbərləri çıxış edərək Baş nazir Cabir Mübarək əl-Həməd əs-Sabahın toxunduğu məsələlərin aktuallığını və mövcud təhdidlərin, çağırışların qarşısının alınmasında xəbər agentlikləri arasında əməkdaşlığın inkişafının əhəmiyyətindən danışıblar.
OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov çıxışında Azərbaycanla Küveyt arasında əməkdaşlıq əlaqələrinin dövlət rəhbərlərinin müdrik siyasəti nəticəsində daim yüksələn xətlə inkişaf etdiyini, bunun da öz növbəsində xəbər agentliklərinin üzərinə böyük məsuliyyət qoyduğunu bildirib.
Müasir dövrdə qarşıya çıxan çağırışlara cavab vermək üçün agentliklər arasında əlaqələrin önəmini bir daha vurğulayan Aslan Aslanov AZƏRTAC-la KUNA-nın dostluq münasibətlərini və sıx əməkdaşlığını buna ən yaxşı nümunə adlandırıb.
Bu fikirləri bölüşən Cabir Mübarək əl-Həməd əs-Sabah Küveyt ilə Azərbaycan arasında münasibətlərin inkişafında dövlət başçılarının böyük rolu olduğunu, xəbər agentliklərinin də öz ölkələrinin nailiyyətlərini təbliğ edərək dünyaya yaymaq üçün əməkdaşlığı gücləndirməsinin vacibliyini vurğulayıb.
Baş nazir OANA-nın prezidenti Aslan Aslanovun FANA-nın konfransında iştirakından məmnunluğunu ifadə edib.
Sonda Cabir Mübarək əl-Həməd əs-Sabah görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42

