BDU-nun 90 illik yubileyinə həsr olunmuş birinci respublika elmi-metodiki konfrans işə başlayıb
24.10.2009 [10:45]
Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bildirib ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Demokratik Cümhuriyyəti Bakıda universitetin təsis edilməsi ilə bağlı qərar qəbul etmiş və onun nizamnaməsi təsdiq olunub. Bununla da Avropa və Asiyanın qovuşuğunda yeni bir ali təhsil ocağı yaradılıb. Şərəfli tarixi yol keçmiş universitetin qabaqcıl pedaqoji kadrları Azərbaycan təhsilinin, elminin inkişafı, tərəqqisi naminə yorulmadan fəaliyyət göstəriblər. Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir. Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olub. Burada Azərbaycanın dünya şöhrətli siyasətçisi Heydər Əliyev, yüzlərlə tanınmış alimlər, ziyalılar, görkəmli diplomatlar təhsil alıblar. Bildirilib ki, BDU-nun beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet Avrasiya, Xəzəryanı ölkələr, Qara dəniz universitetləri (QDU) assosiasiyalarının üzvüdür. Rektor deyib ki, Prezident İlham Əliyevin universitetin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı Sərəncamda bu təhsil ocağının tarixi xidmətləri xüsusi dəyərləndirilib. Rektor vurğulayıb ki, 2009-cu il oktyabrın 30-31-də BDU-nun 90 illik yubileyi münasibətilə Bakıda beynəlxalq elmi simpozium keçiriləcək. Bu münasibətlə dünyanın müxtəlif elm mərkəzlərindən, universitetlərindən paytaxtımıza 150-dən çox qonaq gələcək. Universitetin yubileyinə həsr olunmuş yekun tədbir noyabrın 1-də keçiriləcək. Konfransda Təhsil Nazirliyinin şöbə müdiri Arif Muradovun “Tədrisin keyfiyyətinin yüksəldilməsində idarəetmənin rolu” və BDU-nun professoru Ləzifə Qasımovanın “Məsafədən (distant) təlim texnologiyaları” mövzularında məruzələri dinlənilib.
Sonra elmi-metodiki konfrans işini bölmələrdə davam etdirib.
Konfransa bu gün yekun vurulacaq.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08

