/ / Seyid Ziya Haşemi: İRNA beynəlxalq informasiya məkanında xüsusi mövqeyə malik AZƏRTAC-la əməkdaşlığa böyük önəm verir
Seyid Ziya Haşemi: İRNA beynəlxalq informasiya məkanında xüsusi mövqeyə malik AZƏRTAC-la əməkdaşlığa böyük önəm verir
25.10.2018 [08:45]
AZƏRTAC və İRNA arasında əlaqələr həmişə yüksək səviyyədə olub. Bu əlaqələr Azərbaycan ilə İran arasında informasiya sahəsində əməkdaşlığın daha da genişlənməsinə töhfə verir.
Bu fikirlər İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşeminin rəhbərliyi ilə VI Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan nümayəndə heyətinin oktyabrın 24-də AZƏRTAC-da keçirilən görüşündə səslənib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr ildən-ilə inkişaf edir. İran Azərbaycanın yaxın qonşusu, dost ölkədir.
“Biz İrana aid xəbərlərə böyük həssaslıqla yanaşırıq. Azərbaycan və İran qədim tarixi əlaqələrə, ortaq mədəniyyətə malikdir. Xalqlarımız arasında münasibətlərin dərinləşməsində hər iki ölkənin milli informasiya agentlikləri mühüm rol oynayır”, - deyən İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan bütün sahələrdə uğurla, dinamik inkişaf edir, qlobal problemlərin müzakirə olunduğu məkana çevrilib. Ölkəmizdə mətbuatın inkişafına böyük önəm verilir. Bu gün Azərbaycan dünyaya müxtəlif sahələrdə öz modelini, brendlərini təqdim edir.
Aslan Aslanov AZƏRTAC ilə İRNA-nın beynəlxalq informasiya qurumları çərçivəsində də bir-birini dəstəkləməsinin təqdirəlayiq olduğunu qeyd edib.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən İRNA-nın baş direktoru Seyid Ziya Haşemi beynəlxalq informasiya məkanında xüsusi mövqeyə malik AZƏRTAC-la əməkdaşlığa böyük önəm verdiklərini deyib. O, OANA İcraiyyə Komitəsinin Tehranda keçirilən iclasını, bu iclas çərçivəsində OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşünü xatırladıb, beynəlxalq informasiya qurumları çərçivəsində İRNA-ya verilən dəstəyə görə minnətdarlığını bildirib.
“AZƏRTAC ilə İRNA arasında sıx əlaqələr digər ölkələrin media qurumları üçün nümunədir. İran-Azərbaycan əlaqələri hər iki ölkənin prezidentlərinin iradəsi ilə yüksələn xətlə inkişaf edir. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətləri daha da möhkəmlənəcək. Agentliklərimiz də öz növbəsində bu əməkdaşlığın inkişafına töhfə verməyə çalışırlar”, - deyə Seyid Ziya Haşemi əlavə edib.
İRNA-nın baş direktoru VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində müzakirə olunacaq mövzuların müasir dünyada xüsusi aktuallıq kəsb etdiyini deyib, AZƏRTAC-ın təşkilatçılığı ilə “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda keçiriləcək işçi sessiyanın əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu gün həm İran, həm də Azərbaycan düşmən qüvvələrin yaydığı yalan xəbərlərdən əziyyət çəkirlər. Ona görə də belə xəbərlərin təsirinin minimuma endirilməsi üçün birgə səylər göstərilməlidir.
Görüşdə yanlış məlumatlandırma siyasətinin dünyada sülhə və sabitliyə ciddi təhdid olduğu qeyd edilib. İRNA-nın nümayəndə heyətinə erməni lobbisinin Azərbaycan haqqında davamlı olaraq yalan xəbərlər yayması, Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında vəhşiliklər törədir, dini və milli abidələrimizi məhv edirlər.
Tərəflər, həmçinin AZƏRTAC ilə İRNA arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

