İqtisadiyyatın Azərbaycan modeli yenə də öz sözünü deyir...
21.10.2009 [09:15]
Oktyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Dövlət başçısı İlham Əliyevin proqram xarakterli çıxışında qeyd olunub ki, bu ilin 9 ayında ümumi daxili məhsul 6,1 faiz, sənaye istehsalı 5 faiz artıb. Kənd təsərrüfatında isə artım 3 faiz səviyyəsindədir. 9 ayda inflyasiya cəmi 2,1 faiz təşkil edib. Hesabat dövründə əhalinin pul gəlirləri təxminən 10 faiz, əhalinin banklara qoyduğu əmanət 11 faiz artıb. Bu gün Azərbaycanın valyuta ehtiyatları 19 milyard dollar səviyyəsindədir. Bu ilin 9 ayında orta əməkhaqqı 15 faiz artıb. Bu gün Azərbaycanda orta əməkhaqqı 370 dollar səviyyəsindədir. Pensiyalar artır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir və bu gün 150 min ailəyə ünvanlı sosial yardım göstərilir. ümumiyyətlə, bu proqram 700 min nəfəri əhatə edir və hər bir ailəyə verilən yardım orta hesabla 140 dollar səviyyəsindədir. 2003-cü ildən bu günə qədər isə Azərbaycanda 824 min yeni iş yeri açılıb. Bütün bunlar isə onu göstərir ki, Azərbaycanda makroiqtisadi vəziyyət çox sabitdir...
Bütövlükdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatının artan templi inkişafı həm yerli, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov söyləyib ki, bu ilin 9 ayının nəticələri bir daha sübut edir ki, Azərbaycanda elmi əsaslarla təhlil olunmuş, proqnozlaşdırılmış idarəçilik mövcuddur. Onun sözlərinə görə, Azərbaycanda yürüdülən siyasətin tamamilə milli mənafelərə əsaslanması və xalq tərəfindən dəstəklənməsi yüksək nəticələrin əldə olunmasına gətirib çıxarır: “Bütün bunlar onu göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti öz müsbət nəticəsini verməkdədir”.
“Digər ölkələrdə 10, 15, hətta 20 faiz tənəzzül olduğu halda, Azərbaycanda real artımın 8 faiz təşkil etməsi yürüdülən siyasətin produktivliyini ortaya qoyur”, - deyən Aydın Hüseynov diqqətə çatdırıb ki, iqtisadiyyatın Azərbaycan modeli yenə də öz sözünü deyir: “Bəli, bu gün Azərbaycanda hərtərəfli modernləşmə gedir. Azərbaycan bu proses çərçivəsində iqtisadiyyatın yeni modelini formalaşdırmaqdadır. ölkəmizdə iqtisadi siyasət elə qurulub ki, Azərbaycan böhrandan az itki ilə çıxdı. Bu isə o deməkdir ki, ölkəmizin iqtisadiyyatı böhrana davamlı, dinamik inkişaf edən orqanizmə çevrilib”.
Aydın Hüseynov vurğulayıb ki, Prezi
dent İlham Əliyevin bir çox sahələrdə “bir pəncərə” prinsipinin tətbiq edilməsi haqqında sərəncamlar imzalaması ölkə iqtisadiyyatının intensiv inkişafını təmin edib: “Əldə olunan nailiyyətlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir və neft sektorundan asılı deyil. Neftdən gələn gəlirlərin qeyri-neft sahəsinə yönəldilməsilə ölkədə sahibkarlıq inkişaf etdirilir, bunun nəticəsi olaraq da insanların güzaranı yaxşılaşır. Digər tərəfdən, cənab Prezident İlham Əliyev tərəfindən vergi və gömrük sahəsində “bir pəncərə” sisteminin tətbiqilə bağlı sərəncamlar imzalanması özəl sektorun sürətli inkişafına yol açmış oldu. Məhz, iqtisadiyyatın böhranlı şəraitdə artımla müşahidə olunması görülən bu tədbirlərin nəticəsidir”.
Ekspert sonda söyləyib ki, Prezident İlham Əliyevin növbəti müddətə verdiyi tapşırıqların yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın artım tempi daha da yüksələcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

