Ermənistanın manevr imkanları tükənib: işğalçı ölkənin ordusu hərbi-siyasi depressiyada
30.08.2018 [09:04]
Erməni əsilli amerikalı qumarbaz Den Bilzeryanın Azərbaycanın işğal altında olan torpaqlarına gətirilməsi Ermənistanın çıxılmaz vəziyyətdə olduğunu göstərir
İşğalçı siyasət yeridən Ermənistan beynəlxalq münasibətlər sistemində forpost kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mövqeyini möhkəmləndirən, hərbi, siyasi və diplomatik üstünlüyü təmin edən Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi böhranın daha da dərinləşməsini şərtləndirib, işğalçı ölkəni çıxılmaz vəziyyətə salıb.
Ümumiyyətlə, bu gün Ermənistan ciddi sosial, iqtisadi, demoqrafik və digər problemlərlə qarşı-qarşıyadır. İşğalçı ölkənin ordusunda da dərin böhran hökm sürür. Bu ölkəyə məxsus kütləvi informasiya vasitələrinin məlumatına görə, Ermənistan ordusu dağınıq strukturu və pərakəndəliyi ilə xarakterizə olunur. Başqa sözlə, pərakəndəlik, komplektləşə bilməmək, fərarilik, intihar halları və s. işğalçı ölkə ordusunda hökm sürən acınacaqlı vəziyyəti və mövcud reallıqları əks etdirir. Üstəlik, işğalçı ölkə ordusunun əsgərləri arasında intihar halları da artır. Orduda yüksək çinli zabitlərin tabeliyindəki əsgərlərlə kobud rəftar etməsi, rüşvətxorluğun geniş yayılması, dözülməz şərait, sıravi hərbçilərin təhqir olunması intihar hallarının daha da artmasına səbəb olub. Buna paralel olaraq Ermənistan cəmiyyətində də işğalçılıq eyforiyası başa çatıb və artıq gerçək hərbi-siyasi vəziyyət haqqında real təsəvvürlər formalaşır. Ermənistan cəmiyyəti dərk edir ki, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası və uğurlu siyasət nəticəsində işğalçı ölkə dalana dirənib, bütün regional layihələrdən təcrid durumuna düşüb və faktiki olaraq manevr imkanları tükənib. Eyni zamanda, Azərbaycan güclü, qüdrətli dövlətdir və işğal altında olan torpaqlarını azad etməyə qadirdir. Aprel döyüşləri erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı. Eyni zamanda, aprel döyüşlərindən sonra əldə edilmiş hərbi-psixoloji və diplomatik üstünlük Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyini gücləndirdi və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həlli üçün ciddi zəmin yaratdı.
Erməni mətbuatında mütəmadi olaraq dərc olunan yazılarda da işğalçı ölkənin siyasi dairələrinin təşviş içində olduğu, Azərbaycan Ordusunun gücü qarşısında erməni silahlı qüvvələrinin acizliyi diqqətə çatdırılır. Bu cür kritik vəziyyətdə Ermənistan müxtəlif siyasi manipulyasiyalara istinad edir. Məsələn, erməni əsilli amerikalı qumarbaz Den Bilzeryan Azərbaycanın işğal altında olan torpaqlarına gətirilərək işğalçı orduda yüksək hərbi əhval-ruhiyyə yaratmağa çalışılır. Təbii ki, bu cür cəhdlər faydasızdır. Aydındır ki, bu cür vasitələrlə, yaxud Bilzeryanlarla işğal faktını uzatmaq və ya ordu qurmaq qeyri-mümkündür. Bu fakt, əslində, Ermənistanın işğalçı ordusunun olduqca acınacaqlı durumda olduğunu göstərir.
Ümumiyyətlə, bütün regional layihələrdən təcrid durumuna düşən Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxarmalı və öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın doğma yurdlarına qayıtması təmin edilməlidir. Şübhəsiz ki, Azərbaycanın hərbi, siyasi və iqtisadi qüdrətini yaxşı bilən, ölkəmizin Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu anlayan Ermənistan rəhbərliyi işğalçı mövqe və siyasətin bu ölkəni uçuruma apardığını dərk edir. Ona görə də Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətə və təcavüzkar iddialara son qoymaqdır. Elə Ermənistanın bir sıra dairələri və kütləvi informasiya vasitələri də mövcud hakimiyyətin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərirlər. Diqqətə çatdırılır ki, mövcud reallıqlar, o cümlədən 2016-cı ilin aprel döyüşlərinin nəticələri Ermənistanda ideoloji əsasları dağıtmaqla yanaşı, bu ölkənin işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi.
Beləliklə, yuxarıda sadalananlar da bir daha onu deməyə əsas verir ki, Ermənistanın manevr imkanları tükənib. Elə işğalçı ölkənin rəhbərliyinin hərbi-siyasi depressiyada olan Ermənistan ordusunun xilasını erməni əsilli amerikalı qumarbaz Den Bilzeryanın Azərbaycanın işğal altında olan torpaqlarına gətirilməsində görməsi də bu ölkənin çıxılmaz vəziyyətdə olduğunu təsdiqləyir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

