/ / Eldar İbrahimov: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına müstəsna töhfələr verəcək
Eldar İbrahimov: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına müstəsna töhfələr verəcək
15.08.2018 [09:04]
“Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı. Bu, 5 Xəzəryanı dövlət arasında tarixi anlaşmadır və Xəzər regionunda əməkdaşlığın inkişafına, eləcə də sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, Xəzərin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasında Azərbaycanın rolunu xüsusi olaraq qeyd etmək lazımdır: “Azərbaycan sözügedən məsələ ilə bağlı danışıqların aparıldığı müddətdə Xəzərin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli bölgüsünü təklif edib. Aktau Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata bəyanatlarla çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”.
Yaranmış əməkdaşlıq mühitinin, eyni zamanda, beynəlxalq yükdaşımalarında Xəzəryanı ölkələrin payının artmasına mühüm töhfələr verəcəyini deyən E.İbrahimov əlavə edib ki, yeni əməkdaşlıq mühiti Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına da əlavə stimul olacaq.
“Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”, - deyən Eldar İbrahimov əlavə edib ki, bütövlükdə, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına müstəsna töhfələr verəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

