Ukrayna-Azərbaycan dostluğu sarsılmazdır
10.10.2009 [09:44]
Ukrayna ilə Azərbaycan arasında möhkəm təməllərə söykənən dostluq əlaqələri mövcuddur və hər hansı təxribat halları dövlətlərimiz və xalqlarımız arasındakı dostluğa azacıq da olsa kölgə sala bilməz. Bu fikri Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk dünən səfirlik binasında keçirdiyi brifinqdə səsləndirdi.
Tədbir Sevastopol şəhərində Krımın alman faşistlərindən azad edilməsində rəşadət göstərmiş “Qırmızı bayraq” ordenli 77-ci Azərbaycan atıcı diviziyasının qəhrəman döyüşçülərinin şərəfinə ucaldılmış xatirə kompleksinin vəhşicəsinə dağıdılmasına həsr olunub.
Səfirin sözlərinə görə, abidə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-ci ildə Sevastopolun Sapun-qore adlanan yüksəkliyində, almanlar üzərində qələbənin 30 illiyi şərəfinə ucaldılıb. Xatirə kompleksinin layihəsi üzərində azərbaycanlı heykəltəraş və memarlar briqadası çalışıblar.
Əsası Azərbaycanın mərd oğul və qızlarından təşkil olunmuş atıcı diviziya Krımın alman faşistlərindən azad olunmasında 17 min nəfər döyüşçü itirib. Onlardan 6 nəfəri, o cümlədən, həmyerlimiz Əbdülrəhman Abdullayev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər.
Ukrayna xalqının daim Böyük Vətən müharibəsi qurbanlarının ruhunu əziz tutduğunu qeyd edən diplomat, oktyabrın 4-də xatirə kompleksində baş verən hadisəni vandalizm adlandırdı. Cinayətkarın vətəni və milliyyətinin olmadığını qeyd edən səfir, bütün hallarda bu vəhşiliyi törədənlərin Ukrayna vətəndaşı olduqlarını və məhz bu səbəbdən də, məsuliyyətin onun ölkəsinin daşıdığını vurğuladı.
Cinayət hadisəsi baş verəndən dərhal sonra şəhər rəhbərliyi, başda Sevastopol şəhər dövlət administrasiyasının rəhbəri Sergey Kuniçın olmaqla operativ əməliyyat tədbirlərinə başlanılıb. Oktyabrın 7-də cinayəti törədənlərdən 2-si tutulub. Səfirin sözlərinə görə, cinayətkarlar abidə kompleksinin bürünc hissələrini təkrar metal qəbulu məntəqələrinə satmaq istəyərkən yaxalanıblar. Cinayət işində iştirak etmiş qalan iştirakçılar barədə axtarış tədbirləri davam etdirilir.
Diplomat qeyd etdi ki, xatirə kompleksinin yenidən bərpası təqribən 23-25 min ABŞ dollarına başa gələcək. Bunun üçün Sevastopol şəhər administrasiyasının balansında yetərincə maliyyə vəsaiti olduğunu qeyd edən Boris Klimçuk, buna baxmayaraq rəhbəri olduğu “Rodnaya Volın” xeyriyyə fondu tərəfindən kompleksin bərpası üçün 10.000 qriven ayrıldığını bildirdi.
Səfir qeyd etdi ki, cinayətkarların tapılması, eləcə də, abidənin bərpası Ukraynanın rəsmi dairələrinin diqqət mərkəzindədir. Sevastopol şəhər rəhbərliyi, Krım vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev səfirliklə mütəmadi əlaqə saxlayaraq baş vermiş hadisədən sonrakı proseslər barədə bir-birlərini məlumatlandırırlar. Boris Klimçuk, həmçinin qeyd etdi ki, bir gün əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevlə telefon söhbətində bu barədə məsləhətləşmələr aparılıb.
Moldovanın paytaxtı Kişinyov şəhərində MBD dövlət başçılarının sammitinə toxunan səfir, baş vermiş hadisənin Azərbaycan və Ukrayna Prezidentlərinin qarşıdakı görüşünə hər hansı bir kölgə salmayacağına əminliyini vurğuladı. Onun sözlərinə görə, Ukrayna Azərbaycana dost və tərəfdaş ölkədir və belə kiçik neqativ hallar bu dostluğu sarsıda bilməz.
Səfir sonda, xatirə kompleksində bərpa işlərinin başa çatdıqdan sonra buranın əvvəlki görkəmindən daha yaraşıqlı olacağına əminliyini vurğuladı və açılış mərasimində Ukrayna və Azərbaycan rəsmilərinin iştirak edəcəyini bildirdi.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

