/ / Emin Həsənli: Xarici qüvvələrə xidmət edən cinayətkarlar Azərbaycanın müstəqilliyini əsla sarsıda bilməzlər
Emin Həsənli: Xarici qüvvələrə xidmət edən cinayətkarlar Azərbaycanın müstəqilliyini əsla sarsıda bilməzlər
13.07.2018 [09:25]
Gəncədə baş verən son hadisələr mahiyyətinə görə terror hadisələridir. Lakin bunu hamı bilməlidir ki, oğullarımızın canı və qanı bahasına əldə edilən, Ümummilli lider Heydər Əliyevin müdrik, qətiyyətli addımları ilə dönməz xarakter alan Azərbaycanın müstəqilliyini heç bir qüvvə əsla sarsıda bilməz.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli AZƏRTAC-a açıqlamasında deyib.
E.Həsənli bildirib: “Azərbaycanın müstəqilliyini, sabitliyini və gündən-günə inkişaf etməsini gözü götürməyən, xarici qüvvələrin dəyirmanına su tökən ünsürlər heç vaxt öz məkrli niyyətlərini həyata keçirə bilməyəcəklər. Azərbaycanın hüquq mühafizə orqanları dövlətimizə və dövlətçiliyimizə təhdid yaradacaq bütün cəhdlərə qarşı daim yorulmadan mübarizə aparır və bundan sonra da aparacaq. İradəli və uzaqgörən xalqımız, o cümlədən sağlam düşünən gəncliyimiz dövlətçilik ənənələrinə sadiqlik, həmrəylik nümayiş etdirərək belə təxribatlara qarşı qətiyyətli mövqe ortaya qoymağı bacarır”.
Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır” fikrini xüsusi vurğulayan QHT Şurasının üzvü deyib: “Biz belə hadisələrdən nəticələr çıxarmalıyıq. Bu gün Azərbaycanın müstəqil siyasət aparması, ordusunun hərbi qüdrəti bəzi dairələri ciddi narahat edir. Təsadüfi deyil ki, Gəncə hadisələri Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paraddan sonra baş verdi. Gəncədəki məlum hadisələr zamanı iki polis zabitimiz qətlə yetirildi. Xidməti vəzifələrini yerinə yetirən iki polis zabitimizin qətlə yetirilməsi ictimaiyyəti dərindən sarsıtdı. Bu, cinayətdir və Azərbaycanın hüquq mühafizə orqanları cinayətkarların layiqli cavablarını almaları üçün qətiyyətli tədbirləri davam etdirir. Azərbaycan ictimaiyyəti, ziyalılar, ehtiyatda olan zabitlər, döyüşçülər, şəhid ailələri, ümumilikdə cəmiyyətin bütün təbəqələrindən olan vətəndaşlarımız bu hadisələri hiddətlə qınayırlar. Bu gün Azərbaycan polisi dövlətimizin keşiyində durur və ölkəmizdə ictimai-siyasi sabitliyi qoruyur”.
Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, ölkədə hərc-mərclik yaratmaq istəyənlərin çirkin niyyətlərini heç vaxt həyata keçirə bilməyəcəklərini bir daha vurğulayan E.Həsənli deyib: “Azərbaycan müasir, sivil dövlətdir. Bu gün Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi var. Xalqımız Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Azərbaycan xalqı, cəmiyyəti ölkəmizin müstəqilliyinə və xalqımızın firavanlığına istənilən qəsdin reallaşmasına heç cür imkan verməyəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

