/ / Elmar Məmmədov: Azərbaycan polisi ölkəmizdə sabitliyin pozulması cəhdlərinin qarşısını qətiyyətlə aldı
Elmar Məmmədov: Azərbaycan polisi ölkəmizdə sabitliyin pozulması cəhdlərinin qarşısını qətiyyətlə aldı
12.07.2018 [09:33]
Bu gün Azərbaycanda mövcud ictimai-siyasi sabitlik ölkəmizin müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Bu sabitliyin əldə olunması o qədər də asan başa gəlməyib. Müstəqilliyin əvvəllərində ölkəmizdə hökm sürən anarxiyadan, dərin hərc-mərclikdən xalqımızı xilas edən Ulu öndər Heydər Əliyev Azərbaycanı dinamik inkişaf yoluna çıxardı. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində isə Azərbaycan regionda və dünyada ən sabit ölkələrdən biri kimi tanınır. Təbii ki, Azərbaycanın inkişafını, ölkəmizdə əmin-amanlığı və sabitliyi istəməyən müəyyən qüvvələr müxtəlif pərdələrə bürünərək respublikamızda qarşıdurma, gərginlik yaratmağa çalışırlar. Çox təəssüf ki, belə hadisələrdən biri ötən gün (iyulun 10-da - red.) Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yaşandı. Həmin iğtişaşlar zamanı iki polis zabitinin həlak olması Azərbaycan gənci kimi məni də dərindən sarsıtdı.
Bu fikirləri iyulun 10-da Gəncədə törədilən iğtişaşlarla bağlı AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Elmar Məmmədov deyib.
E.Məmmədov bildirib ki, Gəncədəki hadisələr birbaşa respublikadakı mövcud ictimai-siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar yaratmaq və son nəticədə ölkəmizin müstəqil inkişafına ciddi maneə yaratmaq məqsədinə xidmət edirdi. Təxribat xarakterli dini şüarlar və çağırışlar səsləndirən həmin qaragüruhçu insanların cinayətkar əməlləri nəticəsində iki polis zabiti həlak oldu. Lakin asayişin keşiyində daim mətanətlə dayanan Azərbaycan polisinin qətiyyəti ilə dövlətimizin gücü həmin başıpozuq qüvvələrə nümayiş etdirildi, onların çirkin niyyətlərinin qarşısı alındı. Bu iğtişaşlar zamanı ən təqdirəlayiq hal o oldu ki, gəncəlilər, şəhər sakinləri həmin qaragüruhçu dəstənin səsləndirdiyi təxribat xarakterli dini şüar və çağırışlara məhəl qoymadılar. Bu hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı öz dövlətinə sahib çıxır, ölkəmizdə terror, xaos, gərginlik yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələrin planlarını puça çıxarır. Ölkəmizin müstəqilliyini, ictimai-siyasi sabitliyini qorumaq üçün daim yüksək peşəkarlıq göstərən Azərbaycan polisi bu dəfə də məkrli qüvvələrə layiqli cavabını verdi.
“Ölkəmizə qarşı təxribat xarakterli çağırışlar, Azərbaycanın ictimai-siyasi sabitliyini pozmaq, inkişafına mane olmaq cəhdləri əvvəllər də olub. Lakin hər dəfə öz liderinin ətrafında sıx birləşən xalqımız dövlətinə sahib çıxaraq məkrli qüvvələrin çirkin planlarını alt-üst edib. Gəncədəki hadisələr zamanı da xalqın dövlətin, dövlətçiliyin ətrafında sıx birləşməsi ölkəmizdə mövcud ictimai-siyasi mühitin, xalq-iqtidar həmrəyliyinin sarsılmazlığının növbəti güclü nümayişi oldu. Yaşından, vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlını bu cür həssas məsələlərdə ayıq-sayıq olmağa, Prezidentimizin ətrafında sıx birləşməyə çağırıram”, - deyə E.Məmmədov qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

