Ermənilərin təcavüzkar mahiyyəti bir daha ifşa olundu
03.07.2018 [09:41]
Bolqarıstan erməniləri Ermənistanın işğalçılıq siyasətini ifşa edən BTV televiziyasına və bununla bağlı veriliş hazırlayan jurnalistə qarşı hücuma keçib, təhdidlərə başlayıblar
Dünyanın əsas iqtisadi mərkəzlərindən biri hesab edilən Cənubi Qafqaz regionu mühüm strateji əhəmiyyət daşımaqdadır. Son illər Azərbaycanın təşəbbüsü ilə reallaşan mühüm qlobal layihələr böyük perspektivlər vəd etməklə yanaşı, bu regionun sabitliyinin təminində də öz rolunu oynamaqdadır. Bu məqamda qeyd edək ki, artıq uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan, təcavüzkar siyasət yürüdən Ermənistan hazırda Cənubi Qafqazda sabitliyə real təhlükədir. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı və ona bitişik rayonları işğal edən, beynəlxalq sülhə qarşı təhdid olan Ermənistan beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri yerinə yetirmir. Daha dəqiq desək, bu gün Azərbaycanın 20 faizədək torpaqlarını işğal altında saxlayan, bir milyona yaxın soydaşımızı öz yurd-yuvalarından didərgin salan, onların hüquqlarını pozan, XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımını törədən, o cümlədən, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı tələblərini yerinə yetirməyən Ermənistan bölgədə işğalçılıq və təcavüzkar siyasətini davam etdirməkdədir.
Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, ermənilər son illərdə də günahsız, dinc sakinlərə qarşı terror siyasətini davam etdirir və onları daim atəş, qorxu altında saxlamağa çalışır. 2016-cı ilin aprelində baş verən erməni təxribatları, ardından təmas xəttində yerləşən kəndin sakini 2 yaşlı Zəhra Quliyevanın vəhşicəsinə qətlə yetirilməsi ermənilərin vandal xislətlərini bir daha ifşa etmiş oldu. Vurğulanmalıdır ki, həmin dövrdə bir sıra xarici KİV nümayəndələri ölkəmizə səfər etmiş, hadisə yerində baş verənlərlə canlı şəkildə tanış olmuş, erməni vəhşiliklərini ifşa edən materiallar hazırlamışdılar.
Eyni zamanda, bundan sonra da zaman-zaman xarici KİV-də erməni vəhşiliyini ifşa edən məqalələr dərc edilib, verilişlər yayımlanıb. Bu yaxınlarda isə Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş veriliş yayımlanıb. Bununla bağlı, yayılan məlumatda bildirilir ki, verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir. Lakin Ermənistanın işğalçılıq siyasəti, erməni vəhşiliyi haqqında həqiqətlərin xarici KİV-də növbəti dəfə işıqlanması erməniləri ciddi şəkildə narahat edib və onlar bu dəfə də öz xislətlərinə uyğun davranıblar. Belə ki, məlumatlara əsasən, Bolqarıstan erməniləri bu verilişə görə onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçib, təhdidlərə başlayıblar.
Beləliklə, bu fakt bir daha ermənilərin təcavüzkar mahiyyətini üzə çıxarır. Görünən odur ki, hər keçən gün ərzində bütün yalanları və işğalçı mahiyyətləri ifşa edilən ermənilər bundan narahatlıq keçirirlər. Lakin həqiqətlərin yayılmasına dözməyərək jurnalistlərə və televiziyaya qarşı təhdidlər yağdırmaqla özlərinin əsl kimliklərini gizlədə biləcəklərini düşünən ermənilər yanılırlar. Çünki artıq bütün dünya Ermənistanın terroru dövlət səviyyəsində dəstəkləyən təcavüzkar bir ölkə olduğunu, ermənilərin işğalçıdıq xislətini, onların günahsız azərbaycanlıları yurd-yuvalarından didərgin saldıqlarını, körpələri qətlə yetirdiklərini görür və bilir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

