Azərbaycanlı deputatlar Avronest PA-da erməni təxribatlarının qarşısını alıblar
30.06.2018 [09:28]
Azərbaycan Respublikası Milli Məclisinin Avronest Parlament Assambleyasında (PA) nümayəndə heyətinin təşkilatın yeddinci plenar sessiyasında iştirak etmək məqsədilə Belçikaya səfəri başa çatıb. Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Sahibə Qafarovanın başçılığı ilə baş tutan səfərdə deputatlar Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Rasim Musabəyov və Tahir Mirkişili iştirak ediblər.
Plenar sessiyadan əvvəl keçirilən komitə iclasları çərçivəsində qətnamə layihələrinin müzakirəsi baş tutub. Siyasi komitədə hazırlanan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən qətnamə layihəsinin müzakirəsi xüsusilə gərgin keçib. Avropa Parlamentinin İsveçdən olan üzvü Günnar Hökmar və Gürcüstan parlamentinin üzvü xanım Tamar Xuroldovanın birlikdə hazırladığı qətnamə layihəsində Avropa İttifaqı tərəfindən bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hərtərəfli dəstəyin bildirildiyi maddə öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu bəndin sənəddən çıxarılması üçün çoxsaylı düzəlişlər təklif edən Ermənistanın Avronest PA-da nümayəndə heyəti deputatlarımızın səyləri nəticəsində istəklərinə nail ola bilməyib.
Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyin ifadə olunduğu qətnamə layihəsi plenar sessiyaya tövsiyə olunub və orada səs çoxluğu ilə qəbul edilib.
Daha sonra Ermənistan nümayəndə heyətinin “təxirəsalınmaz qətnamə” proseduru altında ölkəmizə qarşı yönəlmiş qətnamə layihəsi təklifinin qarşısı alınıb. Siyasi korrupsiya və siyasətdə etik davranış adı altında təklif edilən layihənin məqsədi Qərb mətbuatında Azərbaycanla bağlı səsləndirilən ittihamların Avronest çərçivəsinə gətirilməsi olub. Buna görə də Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Büro iclasında bunun qəti əleyhinə çıxıb və qətnamə layihəsinin geri götürülməsini təmin edib.
Bundan əlavə, deputat Tahir Mirkişilinin həmməruzəçi olduğu qətnamə plenar sessiyada qəbul edilib.
Təşkilatın sosial komitəsinin iclasında isə “ASAN xidmət”in təqdimatı baş tutub. Avronest PA-nın sosial komitəsinin həmsədri Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutan təqdimatı “ASAN xidmət”in rəsmisi Kamran Ağası edib.
Avronest PA-nın plenar sessiyası çərçivəsində keçirilən digər bir mühüm tədbir Qadın Forumu olub. Nümayəndə heyətimizin qadın üzvləri Sahibə Qafarova və Məlahət İbrahimqızının iştirak etdiyi forumda deputatlarımız tərəfindən Azərbaycan Respublikasında qadın hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən siyasət və tədbirlər haqqında məlumat verilib.
Təşkilatın iqtisadi komitəsinin iclasında Azər Kərimli çıxış edərək ölkəmizin iqtisadi siyasəti barədə məlumat verib.
Plenar sessiyanın sonuncu iclas günündə keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Cavanşir Feyziyev çıxış ediblər. Cavanşir Feyziyev Avropa qurumlarında lobbiçilik fəaliyyətlərinin bu qədər geniş vüsət almasını pisləyib. O, Avropa qurumlarının qərarlarının bəzən müxtəlif qrupların marağına görə verildiyini, qərarların verilməsində heç də ümumbəşəri dəyərlərin deyil, şəxsi mənfəətin ön planda olmasının arzuolunmaz nəticələr doğurduğunu vurğulayıb.
Avronest PA-nın yeddinci plenar sessiyası iyunun 27-də öz işini başa vurub.
Xəbər lenti
Hamısına baxElm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50

