/ / Hikmət Babaoğlu: Anti-Azərbaycan mərkəzlərdən qrant alan qruplar öz aralarında razılığa gələ bilmirlər
Hikmət Babaoğlu: Anti-Azərbaycan mərkəzlərdən qrant alan qruplar öz aralarında razılığa gələ bilmirlər
19.05.2018 [09:14]
Müxtəlif anti-Azərbaycan mərkəzlərdən qrant alan qruplar artıq öz aralarında maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı razılığa gələ bilmirlər və bir-birlərini ittiham etməyə başlayıblar.
Bunu “Trend”ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, müxtəlif anti-Azərbaycan mərkəzlər bu və ya digər formada müxtəlif dəyərləri istismar etməklə Azərbaycana qarşı daim təxribatçı mövqe tuturlar və çox təəssüf ki, bu prosesdə ölkəmizdə qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən, siyasi baxışlarının guya fərqli olduğunu irəli sürən, ayrı-ayrı adamları şantaj edən qruplardan da istifadə edirlər: “Ancaq əlbəttə ki, Azərbaycana qarşı bu düşünülmüş, məqsədyönlü strategiya uğurlu olmur, çünki Azərbaycan cəmiyyəti nəyin baş verdiyinin fərqindədir və ona qarşı necə mübarizə aparmağın yollarını da bilir. Artıq bu uğursuz taktika, yəni şantaj taktikası nəticə vermir və müxtəlif anti-Azərbaycan mərkəzlərdən qrant alan qruplar özləri öz aralarında maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı razılığa gələ bilmirlər, bir-birlərini qısqanırlar və onlara tapşırılan işi, əslində, yarıtmadığına görə “ağaları” tərəfindən bir növ cəzalandırılırlar, onların maliyyə mənbələri kəsilir. Son dövrlərdə sosial şəbəkələrdə bir-birlərini qarşılıqlı şəkildə ittiham etmələri, verilən qrantın mənimsənilməsi ilə bağlı iddialar irəli sürmələri bununla əlaqədardır”.
Deputat vurğulayıb ki, əlbəttə, öz xalqının, öz millətinin iradəsinə qarşı, onun maraqlarına qarşı çıxış etmək heç də yaxşı hal deyil: “Bu hadisə bir daha onu göstərir ki, bu cür addımların perspektivi yoxdur və Azərbaycanda olan sabitliyi pozmağa heç kəs qadir deyil, çünki Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Ona görə Azərbaycan əleyhinə olan mərkəzlər də, onlara xidmət edənlər də bu həqiqəti nə qədər tez dərk etsələr, bir o qədər yaxşı olar”.
Qeyd edək ki, mayın 9-da Helsinki Komissiyası tərəfindən ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Burada çıxış edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər işlədib. Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin “haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər “qrantyeyənlərin” ciddi qəzəbinə səbəb olub. Tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda mübarizə özünü aşkar şəkildə büruzə verir, hətta təhqiramiz şəkil alıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53

