AŞPA fəaliyyətində vaxtilə əsaslandığı qaydalara və prinsiplərə əməl etmir
27.04.2018 [09:30]
AŞPA sessiyasından sessiyasına istər-istəməz sual yaranır: Biz hara gedirik? AŞPA bu cür davranışlarla, manipulyasiyalarla, bəzi məsələlərin şişirdilməsi, digərlərinə isə göz yumulması ilə hara gedir? AŞPA fəaliyyətində vaxtilə əsaslandığı qaydalar və prinsiplərə əməl etmir.
Korrupsiya məsələsinə dair son hadisələr azadlıq, demokratiya və ədalətin artıq bu təşkilatı idarə etmədiyinin bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.
“AŞPA-dakı işimiz və fəaliyyətimiz şayiələrə deyil, hər zaman real faktlara əsaslanıb, hər hansı sənədin və ya hesabatın əvvəlində bəyan etdiyimizi onun sonunda heç zaman inkar etməmişik. Sözügedən hesabatda məntiq və ciddi yanaşmanın olmaması belə bir təsəvvür yaradır ki, mənim ölkəmə qara yaxmaq, onu bu təşkilatın gerçək gündəmindən kənarda qoymaq məqsədi güdülür. Bilmək istəyirəm, bu cəhdlər nəyə yönəlib. Azərbaycanı öz demokratiya yolundan döndərməyə? Azərbaycanı radikallaşdırmağa? Dəyərlərimizi dəyişdirməyə? Bu, heç zaman baş verməyəcək. Bütün cəhdləriniz əbəsdir. Azərbaycan heç zaman öz demokratiya yolundan dönməyəcək. Bütün bu hiyləgər oyunlara, təzyiqlərə və ədalətsizliyə baxmayaraq, biz demokratiya dəyərlərinə və bu təşkilata sadiqliyimizi qoruyub saxlayacağıq”, - deyə S.Fətəliyeva vurğulayıb.
O, müzakirə olunan hesabat ideyasına və təşəbbüsə açıq olduğumuzu bildirərək deyib ki, bu hesabatın hazırlanma tərzi qəbuledilməzdir. Burada çatışmayan real faktlardır. Əgər bir nəfər başqasını ittiham edirsə, mütləq faktlar və dəlillər göstərməlidir.
Deputat deyib: “Bu gün mən təkcə öz adımdan deyil, əziz həmkarlarımın, Azərbaycan xalqının adından danışıram. Bütün bu illər boyunca bizim səsimizi eşitməmisiniz. Biz torpaqlarımızın digər AŞPA üzvü olan Ermənistan tərəfindən işğal edildiyini deyirik, bizi eşitmirsiniz. Bu səs ədalətin və haqqın səsidir. Əgər həqiqət əvəzinə siz yalnız istədiyinizi eşitmək istəyirsinizsə, o zaman bu təşkilatda ədalət və şəffaflıq böyük sual altındadır və AŞPA-nın imicinə və etibarlılığına ciddi zərbə vurur”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20

