Ermənistandakı hazırkı ağır vəziyyətin səbəbkarı bu ölkənin hakimiyyətinin yarıtmaz siyasətidir
25.04.2018 [09:01]
Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti ölkəni təcrid olunmuş vəziyyətə, çətin sosial-iqtisadi duruma salıb. Ölkədəki kütləvi etiraz aksiyalarının səbəbi də məhz hakimiyyətin bu yarıtmaz siyasətidir.
AZƏRTAC xəbər verir ki, bu fikri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.
Sevinc Fətəliyeva qeyd edib ki, bu gün bütün nəzərlər Yerevana yönəlib. Ermənistanın vilayətlərində nələr baş verdiyini kim bilir? Erməni hüquq müdafiəçiləri sosial şəbəkələrdə informasiya paylaşaraq, kütləvi həbslərdən xəbər verirlər.
Son hadisələr zamanı Yerevanda saxlanılanlar dövlət binalarını əhatəyə alanlardırsa, digər şəhərlərdə sadə nümayişçilər saxlanılır və onlara qarşı zor tətbiq olunur. Əlbəttə ki, bu, Ermənistan hakimiyyəti tərəfindən açıqlanmır, ancaq ölkənin hüquq müdafiə təşkilatları bununla bağlı ciddi narahatlıqlarını bildirirlər. Yerevan paytaxtdır, buna görə baş verən hər şey diqqət mərkəzindədir, lakin digər şəhərlərdə baş verən hadisələr beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalır.
Deputat vurğulayıb ki, bu, Ermənistanda ilk böyükmiqyaslı etiraz aksiyaları deyil, əvvəllər də yüz minlərlə insan etiraz aksiyaları keçirib və hər dəfə nümayişçilər şiddətli basqıya məruz qalıblar. Beynəlxalq təşkilatlar və inkişaf etmiş demokratik ölkələr baş verənlərə olduqca yumşaq reaksiya göstərirlər. Dünya ictimaiyyətinin laqeydliyi nəticəsində Ermənistan hökuməti onilliklər ərzində fəaliyyətini davam etdirib, siyasi gücdən istifadə edərək bütün səlahiyyətləri öz əlində saxlamaq üçün hakimiyyət formatını dəyişib. Bu gün Ermənistanda mövcud özbaşınalığa qarşı baş verən kütləvi etiraz aksiyaları böyük əks-səda doğurub.
“Düşünürəm ki, Azərbaycan ərazilərini işğal edən və bu gün öz xalqına qarşı müharibə aparan Ermənistan hakimiyyətinə düzgün qiymət verilməsinin vaxtı çatıb”, - deyə S.Fətəliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40

