/ / Hikmət Babaoğlu: ATƏT-in qərəzli seçki hesabatı Azərbaycan xalqının siyasi iradəsinə hörmətsizlikdir
Hikmət Babaoğlu: ATƏT-in qərəzli seçki hesabatı Azərbaycan xalqının siyasi iradəsinə hörmətsizlikdir
13.04.2018 [09:59]
“ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının 11 aprel prezident seçkiləri ilə bağlı qərəzli seçki hesabatı Azərbaycan xalqının siyasi iradəsinə hörmətsizlikdir”.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, müşahidə missiyasının vəzifəsi adından da göründüyü kimi, seçki prosesini izləmək və obyektiv qiymət verməkdən ibarətdir. Ancaq təəssüf ki, biz bəlkə də seçkidən əvvəl hazırlanmış mətni media qarşısında oxuyaraq, ölkəmizdə keçirilən demokratik seçkilərə kölgə salmağa cəhd göstərilməsinin şahidi olduq. Bu, ATƏT və AŞPA kimi ciddi qurumların müşahidə missiyasına yaraşmır.
Hikmət Babaoğlu qeyd edib ki, müşahidə missiyalarının üzvləri keçirdikləri mətbuat konfransında Azərbaycanın media nümayəndələrinin suallarının heç birinə cavab vermədilər. Səsləndirilən tənqidi fikirlər arqumentləşdirilmədi. Ona görə də bu, daha çox əvvəlcədən planlaşdırılmış siyasi şouya bənzəyirdi.
Milli Məclisin deputatı qeyd edib ki, bu müşahidə missiyaları özünü Azərbaycan xalqının dostu kimi göstərməyə çalışdı. Əslində isə xalqımızın iradəsinə hörmətsizlik etmiş oldu. Azərbaycan seçicisi prezident seçkilərində İlham Əliyevə 86,03 faiz səs verib. Belə olan halda bu xalqın iradəsi və rəyi ilə hesablaşaraq ona obyektiv qiymət vermək lazım idi.
“Bundan başqa, söz və mətbuat azadlığından danışan missiya Azərbaycan mətbuatına da hörmət göstərmədi, verilən heç bir sualı cavablandırmadı. Bu da göstərdi ki, əslində, bu missiya autizm - simulyasiya nümayiş etdirdi, mətbuatla dialoqdan qaçaraq, sadəcə, öz siyasi eqosunu təmin etdi. Əvvəlcədən qəbul edilmiş qərarlar əsasında Azərbaycan xalqının demokratik seçkilərinə obyektiv qiymət verə bilmədi. Biz buna təəssüf edirik”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Millət vəkili ümid etdiyini bildirib ki, bu qurumlar yekun bəyanatlarında Azərbaycan xalqının iradəsinə hörmət edərək, qəbul etdikləri son qərarı obyektiv reallıqla uzlaşdırmağı bacaracaqlar. Çünki dövlətimiz bu təşkilatlarla əməkdaşlıqda maraqlıdır. Azərbaycan açıq bir ölkə olaraq demokratik təsisatların güclənməsinə və əlaqələrin daha da dərinləşməsinə həmişə hazırdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

