Azərbaycanın 32 xarici ölkədəki səfirlik və konsulluqlarında 41 seçki məntəqəsi yaradılıb
14.03.2018 [10:12]
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Xarici İşlər Nazirliyi ilə birgə treninq təşkil edib.
AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi səfir Faiq Bağırov qeyd edib ki, prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsindən və Konsulluq haqqında Əsasnamədən irəli gələrək Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında hazırlıq işləri görülür. Xarici işlər naziri Elmar Məmmədyarovun 21 fevral tarixli əmrinə əsasən, nazirliyin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup təşkil olunub. Xaricdəki konsulluqlarımızda 50-dən artıq vətəndaşımız qeydiyyatdadırsa həmin ölkədəki səfirlik və konsulluqlarımızda seçki məntəqələri yaradılır. Artıq 32 xarici ölkədəki səfirlik və konsulluqlarda 41 seçki məntəqəsi yaradılıb. Mərkəzi Seçki Komissiyasının köməyi ilə xarici ölkələrdə yaşayan hər bir vətəndaşımız konstitusion hüququndan istifadə edərək səs verəcək.
Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov Xarici İşlər Nazirliyinin ölkədən kənarda yaşayan vətəndaşlarımızın səsvermə hüququndan istifadə etmələri üçün yaratdığı şəraitə görə minnətdarlığını bildirib. O deyib ki, dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycan hökuməti təkcə ölkə daxilində yaşayan vətəndaşlarının deyil, xarici ölkələrdə yaşayan vətəndaşlarının da səsvermə hüquqlarını təmin edir. Xarici İşlər Nazirliyi bu sahədə böyük təcrübəyə malikdir. Hər seçkidə olduğu kimi, 11 aprel prezident seçkilərində də xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdə məntəqələr yaradılıb. Səfirlik və konsulluqlarımızda yaradılan 29 məntəqənin nəticələri 17 saylı Yasamal üçüncü, 12 məntəqənin nəticələri isə 16 saylı Yasamal ikinci seçki dairələrinin nəticələri ilə qəbul olunacaq. Bu proses Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə icra olunur.
Mərkəzi Seçki Komissiyasının Xarici İşlər Nazirliyi ilə səmərəli əməkdaşlığı və əvvəlki seçkilərdə əldə olunmuş uğurlu nəticələr onu deməyə əsas verir ki, bu il də xarici ölkələrdə yaşayan soydaşlarımızın səsvermə hüquqlarının təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün layihələr vaxtında və yüksək səviyyədə gerçəkləşdirilərək, vətəndaşlarımızın öz seçki hüquqlarından azad və sərbəst şəkildə istifadə etmələrinə geniş imkanlar yaradılacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

