Milli Məclisdə bir sıra qanunlara təklif olunan dəyişikliklər müzakirə edilib
10.02.2018 [01:09]
Fevralın 9-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Eldar İbrahimov gündəliyə daxil edilən məsələlər barədə ətraflı məlumat verib. Bildirilib ki, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, “Sanitar-epidemioloji salamatlıq haqqında” qanunlarda edilən dəyişikliklər “Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, bir sıra qurumların bəzi səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi ilə bağlı aparılıb.
Bildirilib ki, dövlətimizin başçısının müvafiq Fərmanının tələblərindən irəli gələn yeni qanunvericilik sənədinə əsasən baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin əhatə dairəsi dəqiqləşdirilir. Sənədlərdə edilən dəyişikliklərdə “Tarladan süfrəyə” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərinə baytarlıq və fitosanitar nəzarəti, idxal və ixrac da daxil olmaqla bitki və bitki mənşəli məhsulların dövriyyəsinə nəzarət Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət bölgüsünə daxil edilməsi təklif olunur.
İclasda bildirilib ki, Dövlət Sanitariya Epidemioloji Xidmətinin Azərbaycan ərazisində sağlamlıq üçün təhlükəli ərzaq məhsullarının idxalından sanitariya mühafizəsi vəzifəsi də ləğv edilir və bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Dövlət sanitariya nəzarəti artıq qida məhsullarını əhatə etməyəcək.
Milli Məclisin deputatları Eldar Quliyev, Cavanşir Paşazadə, Tahir Süleymanov, Novruz Aslan, Hüseynbala Mirələmov, Elçin Quliyev, Aydın Hüseynov, İqbal Məmmədov qanunlarda edilən dəyişikliklərin zəruri olduğunu, sənədlərin əhatə etdiyi dairələrdə xidmətlərin insan həyatı və sağlamlığı üçün çox əhəmiyyətli olduğunu bildiriblər.
İclasda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deputatları maraqlandıran suallara cavab verib.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53

