Prezident İlham Əliyev: Heç bir beynəlxalq təşkilat bizə qarşı hansısa şərt qoya bilməz
09.02.2018 [10:11]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 53-cü kitabı çapdan çıxıb
Biz üzv olduğumuz bütün təşkilatlarda fəal iştirak edirik, maraqlarımızı qoruyuruq və götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz də ola bilməz. Bu, aksiomdur. Çünki əgər o təşkilatın üzvü deyiliksə, biz hansısa öhdəliyi necə götürə bilərik?! Heç bir təşkilat, heç bir beynəlxalq təşkilat bizə qarşı hansısa şərt qoya bilməz. Çünki bu qəbuledilməzdir. Biz bunu qəbul etmirik. İkitərəfli təmaslarda mən şəxsən öz fikirlərimi çox açıq şəkildə ifadə edirəm ki, bizə ancaq bərabərhüquqlu yanaşma yaraşır. Çünki başqa cür ola bilməz. Biz heç kimin qabağında gözükölgəli deyilik. Heç kimdən asılı deyilik.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 53-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsində söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 53-cü kitabındakı materiallar 2012-ci ilin sentyabr ayından oktyabradək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin Parisdə Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in üzvü olan iş adamları ilə görüşü haqqında informasiya ilə başlanır.
Nəşrdə dövlətimizin başçısının Fransaya işgüzar səfəri, habelə Özbəkistan Prezidentinin, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin Azərbaycana səfərləri zamanı apardığı danışıqlara, mətbuata bəyanatlarına, imzalanan sənədlərə, İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında iştirak etmək üçün Bakıya gəlmiş Türkiyə, İran, Tacikistan və Pakistanın dövlət və hökumət başçıları ilə görüşünə dair materiallar toplanıb.
Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Çin, Rusiya, Latviya, Estoniya, Bolqarıstan, İtaliya, Yunanıstan, Argentina, Uruqvay, Meksika, ABŞ və digər dövlətlərin, ISESCO, Dünya Bankı və digər təşkilatların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə, Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirakına, “Körpülərin salınması” beynəlxalq konfransın iştirakçıları ilə görüşünə dair materiallar daxil edilib.
Dövlətimizin başçısının Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqi, Tərtər, Bərdə, Yevlax, Zərdab, Saatlı, Beyləqan, İmişli rayonlarına səfərlərinə, ictimaiyyət nümayəndələri ilə görüşlərinə, respublikada təhsil, səhiyyə müəssisələrinin, infrastruktur obyektlərinin açılışında iştirakına, abadlıq-quruculuq işləri ilə tanışlığına dair informasiyalar da bu cilddə yer alıb. Nəşrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın uğurlu daxili və xarici siyasəti, iqtisadi potensialın möhkəmlənməsi, şaxələndirilmiş iqtisadiyyatın uğurlu nəticələri, enerji və qeyri-neft sektorunun inkişafı, gənclər arasında milli mənəvi dəyərlərin təbliği və gənclər tərəfindən qaldırılan məsələlərə diqqətlə yanaşılması haqqında nitqləri, çıxışları əksini tapıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 53-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17

