Fransa Milli Assambleyasında Azərbaycana dair konfrans təşkil olunub
19.01.2018 [10:19]
Fransa Milli Assambleyasında Xarici Siyasət Təhlil Mərkəzinin (CAPE) təşkilatçılığı ilə “Cənubi Qafqaz: Avropanın qonşusunu tanımaq” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən CAPE-nin nəşr direktoru Didye Şode Cənubi Qafqazın geosiyasəti mənzərəsi haqqında məlumat verib. Konfransın Azərbaycana həsr edildiyini bildirən D.Şode Cənubi Qafqazın siyasi, sosial, təhlükəsizlik və diplomatik inkişafının Avropaya birbaşa təsiri və onun maraq dairəsində olduğunu diqqətə çatdırıb.
O, Azərbaycanın regionda roluna toxunaraq, qonşu böyük dövlətlərlə münasibətlərindən, eləcə də dünyanın aparıcı ölkələrinin ölkəmizə maraqlarından, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəhəng beynəlxalq layihələrdən söz açıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, bir milyon azərbaycanlının doğma yurdundan didərgin salınmasından danışan D.Şode Fransanın bu münaqişənin həllinə töhfə verməsinin vaxtı çatdığını bildirib.
Brüssel Azad Universitetinin müstəqil tədqiqatçısı Sebatyen Bussua Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolundan danışıb. Hələ XIX əsrdə dünya nəhənglərinin, Rotşild, Nobel kimi xarici sərmayəçilərin ölkəmizə maraqlarından danışan S.Bussua Xəzərin dünyada ən böyük neft və qaz ehtiyatlarından birinə malik olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.
O, regionun ən zəngin ölkəsi olan Azərbaycanı neft ehtiyatlarına görə “Qafqazın əjdahası” adlandırıldığını bildirib. Neftin nəqli yollarının şaxələndirilməsi siyasəti, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng boru kəmərləri haqqında məlumat verib.
“Cənubi Qafqazın digər ölkələri nə Gürcüstan, nə də Ermənistan heç bir sahədə Azərbaycan ilə rəqabət apara bilməz. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin balanslaşdırılmasında mühüm böyük rol oynayır”, - deyə S.Bussua diqqətə çatdırıb.
Tarixçi və jurnalist Jil Mihaeli çıxışında daha çox antropoloji sahəyə toxunaraq Bakının hələ qədim zamanlardan kosmopolit şəhər olmasından, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin mehribanlıq şəraitində yaşamalarından söz açıb.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərinə, 2016-cı ilin aprel döyüşlərinə toxunub. Tarixçi alim aprel döyüşlərinin onun münaqişə ilə bağlı fikirlərini tamamilə dəyişdiyini, Azərbaycanın gücünü aydın şəkildə göstərdiyini bildirib.
Siyasi elmlər üzrə tədqiqatçı Səid Musayev Azərbaycanın multikultural ənənələrindən, bu zəngin irsin qorunub saxlanılmasından söz açıb. Azərbaycanın bu sahədə digər ölkələrə nümunə olduğu və 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan edildiyi diqqətə çatdırılıb. O, Azərbaycanda yaşayan etnik qrupların bir ailənin üzvləri kimi mehriban yaşadıqlarını vurğulayıb.
Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.
Didye Şode AZƏRTAC-a müsahibəsində belə konfransların ölkəmizin təbliğində rolunu vurğulayıb. Bildirib ki, Fransa Milli Assambleyasında deputatlara, siyasi təhlilçilərə Azərbaycanla bağlı ətraflı məlumatın verilməsi vacibdir və buna ehtiyac var. Bütün sahələrlə bağlı geniş məlumat verildi, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Artıq böyük dövlətlər münaqişə ilə bağlı yanaşmanı dəyişməlidirlər. Köhnə metodlara son qoyulmalıdır.
Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jülyen Borovczik konfransın əhəmiyyətinə toxunaraq, onun Azərbaycanın yaxından tanınmasına böyük töhfə olduğunu vurğulayıb. Ölkəmizin Parisdə kifayət qədər tanındığını bildirən deputat artıq əyalətlərdə də təbliğat tədbirlərinin təşkilinin vacibliyini qeyd edib: “Bəzi deputatlar Dağlıq Qarabağa səfər ediblər, bəzi fransız şəhərləri ilə sazişlər imzalanıb. Bütün bunlar ikili yanaşmadır. Fransa Azərbaycan ilə dost olmaq istəyirsə onun ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38

