Zoltan Hernyes: Azərbaycan dinlərarası dialoqa önəmli töhfələr verir
09.12.2017 [00:53]
Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes ilə görüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Mübariz Qurbanlı qonağa rəhbərlik etdiyi qurumun fəaliyyəti istiqamətləri, eyni zamanda, ölkəmizdəki dini durum barədə ətraflı məlumat verib. Dövlət Komitəsinin fəaliyyətində dini maarifçilik və dini radikalizmə qarşı mübarizə sahəsinə xüsusi diqqət yetirdiyini bildirib.
Azərbaycanın din siyasətinin demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını qeyd edən komitə sədri ölkəmizdə 28-i qeyri-müsəlman dini icması olmaqla 784 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayıb. Dövlət tərəfindən dinə, o cümlədən İslam və qeyri-islam təmayüllü dini icmalara diqqət və qayğı göstərildiyini qeyd edib.
Ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqla bağlı məsələlərə xüsusi qayğı və maraqla yanaşdığını deyən Mübariz Qurbanlı mədəni müxtəlifliyin mükəmməl formada idarə olunması, qarşılıqlı hörmət və anlaşmanın gücləndirilməsi sahəsində Azərbaycanın əhəmiyyətli addımlar atdığını vurğulayıb. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayıb.
M.Qurbanlı Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu, işğal olunmuş ərazilərimizdə isə maddi və mənəvi irsimizə zərbələr vurulduğunu da qonağın diqqətinə çatdırıb. Komitə sədri bunun bir sıra beynəlxalq təşkilatların, eyni zamanda, Avropa Şurasının qəbul etdiyi sənədlərə, konvensiyalara zidd olduğunu deyib.
Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes respublikamızın nümunəvi multikulturalizm və tolerantlıq mühitinin qorunub saxlanılması, təbliği və təşviqi istiqamətində əldə etdiyi nailiyyətləri təqdir edib. Azərbaycan dövlətinin Avropa Şurası ilə bütün səviyyələrdə olan əməkdaşlığını yüksək dəyərləndirib, ölkəmizin dinlərarası dialoqa önəmli töhfələr verdiyini bildirib. Dövlət Komitəsi ilə birlikdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu deyib.
Dövlət Komitəsinin sədri çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycanın bu gün beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdıraraq Avropa Şurasının Bakı Ofisi ilə gələcək əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Sonda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi kitablar hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50

