/ / Bahar Muradova: Azərbaycan ötən 25 ildə əldə etdiyi nailiyyətlərə söykənərək inamla irəliyə gedir
Bahar Muradova: Azərbaycan ötən 25 ildə əldə etdiyi nailiyyətlərə söykənərək inamla irəliyə gedir
14.11.2017 [10:34]
“25 il tarix üçün çox qısa müddətdir. Amma Azərbaycanda müstəqilliyin bərpasından keçən dövr kimi xarakterizə etsək 25 il həm də böyük bir müddətdir. Görülən işlərin miqyası baxımından bu illərdə böyük nailiyyətlər əldə olunub. Hesab edirəm ki, müstəqilliyimizin tam bərpası, dövlət atributlarının yaradılması, Azərbaycanın bölgədə və dünyada mövqeyinin möhkəmlənməsi, müstəqilliyin dönməz və əbədi olmasını təmin etmək istiqamətində atılan addımlar məhz Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu dövrə təsadüf edir. Bu da Ümummilli lider Heydər Əliyevin partiyamızı yaratmasından qısa müddət sonra hakimiyyətə qayıdışı, Onunla birlikdə partiyamızın yeni Azərbaycan quruculuğuna cəlb olunması ilə bağlıdır”. Bu fikirləri Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova Yeni Azərbaycan Partiyasının ötən 25 ildə keçdiyi inkişaf yoluna münasibət bildirərkən deyib.
B.Muradova qeyd edib ki, bu illər hər bir partiya üzvü, hər bir Azərbaycan vətəndaşı üçün tarixi illərdir. Ötən 25 ilin hər günü, hər anı, hər dəqiqəsi xalqa, Vətənə xidmətdə keçib və bu xidmətin nəticələri də bu gün hiss olunmaqdadır.
“Biz vaxtilə Ulu öndər Heydər Əliyevin ideya olaraq irəli sürdüyü müstəqil, zəngin Azərbaycan quruculuğunun nəticələrini görməkdəyik. Ölkəmiz durmadan inkişaf edir, bölgədə və dünyada nüfuzu daha da artır. Azərbaycan beynəlxalq ictimai-siyasi proseslərin vacib aktorlarından biridir. Ölkəmiz region və dünya üçün yeritdiyi siyasətlə, bir sıra nəhəng enerji və digər layihələri ilə töhfələr verir. Azərbaycan kimi dövlətlərin beynəlxalq hüququn vacib subyektləri olması, belə bir ölkələrin sayının çox olması dünyadakı mövcud kataklizmlərin və anarxiyaya, ziddiyyətlərə aparan proseslərin qarşısını ala bilərdi. Çox təəssüf ki, bu gün belə dövlətlərin sayı azdır. Bununla belə, Azərbaycan ötən 25 ildə əldə etdiyi nailiyyətlərə söykənərək inamla irəliyə gedir. Həm Ulu öndər Heydər Əliyevin, həm də Onun rəhbərliyi ilə yaradılan YAP-ın qarşımıza qoyduğu vəzifələri yerinə yetirməklə daha yüksək hədəflərə doğru irəliləməkdədir. Bu 25 ilin hər günü xalqımıza xidmətdə keçib və mən bu illərin hər günü ilə qürur duyuram” - deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

