/ / Milli Məclisdə “Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı”na dair “dəyirmi masa” təşkil olunub
Milli Məclisdə “Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı”na dair “dəyirmi masa” təşkil olunub
27.10.2017 [10:14]
Oktyabrın 26-da Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, deputatlar tədbirə dəvət olunmuş hökumət nümayəndələrinin, BMT Qadın Fondunun və Əhali Fondunun, ölkəmizdəki bir sıra QHT-lərin, o cümlədən Gənc Hüquqşünaslar Birliyinin təmsilçilərinin iştirakı ilə “Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı”nı müzakirə ediblər.
“Dəyirmi masa”nın moderatoru Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə məişət zorakılığı ilə bağlı keçirilmiş tədbirlər, ictimai müzakirələr barədə məlumat verib. O deyib ki, parlamentdə Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılması bu sahədə atılan mühüm addımlardan biridir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ölkəmizdə məişət zorakılığına qarşı aparılan mübarizədən, hazırlanan fəaliyyət planından bəhs edib. O, parlamentdə bu sahəyə dair vacib qanunların qəbul edildiyini, Azərbaycanda ailə institutuna mühüm dəyər verildiyini bildirib, məişət zorakılığı ilə mübarizənin səmərəliyini artırmaq məqsədilə bir sıra təkliflər irəli sürüb. A.Naxçıvanlı zorakılıq qurbanlarına kömək mərkəzlərinin və ailə problemləri üzrə ixtisaslaşmış məhkəmə strukturlarının yaradılmasının, ailə psixoloqlarının yetişdirilməsinin vacibliyini bildirib. Qeyd edib ki, xüsusilə bölgələrdə qadınlar arasında maarifləndirmə işləri genişləndirilməlidir. Mətbuat və sosial şəbəkələr vasitəsilə də qadın hüquqlarının təbliği yaxşı nəticə verər.
Sonra “dəyirmi masa”da BMT-nin Qadın Fondunun Avropa və Orta Asiya üzrə proqram rəhbəri Katerina Volf çıxış edib. O, Azərbaycanda bu sahədə dövlət səviyyəsində və QHT-lər tərəfindən görülən işləri yüksək dəyərləndirib. Bildirib ki, məişət zorakılığı nə sərhəd tanıyır, nə millət. Bu problem dünyanın hər yerində geniş yayılıb.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məişət zorakılığına məruz qalmış qadınları himayə edən sığınacağın fəaliyyəti barədə məruzəsində konkret faktları diqqətə çatdırıb. O, zorakılıq qurbanlarına hüquqi, psixoloji, tibbi yardım göstərməklə bərabər onlar üçün məşğulluğa dair kursların da təşkil olunduğunu bildirib, bir sıra dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində işlədiklərini deyib.
“Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı”nın müzakirəsində deputatlar Çingiz Qənizadə, Vüsal Hüseynov, Elşən Musayev, Sədaqət Vəliyeva fikirlərini bildiriblər.
“Dəyirmi masa”da iştirak edən qonaqlardan BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Xalisə Şahverdiyeva, gender bərabərliyi və məişət zorakılığı mövzusu üzrə ixtisaslaşmış ekspert Cavid Şahmalıyev, Gənc Hüquqşünaslar Birliyinin nümayəndəsi Nvolisa İfeanyiçukvu Çinedu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nəzakət Balabəyova, “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva görülən işlər, praktikada qarşılaşdıqları narahatlıq doğuran məsələlər barədə danışıb, təkliflərini nəzərə çatdırıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53

