Vüqar Rəhimzadə: Rusiya regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlara yol verməməlidir
17.10.2017 [10:18]
“Təəssüf ki, bu gün Rusiya işğalçı Ermənistanı müasir silahlarla təchiz etməkdə davam edir. Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi onun həmsədrlik missiyasına ziddir. Minsk qrupu münaqişənin həllinə vasitəçilik etməli olduğu halda, işğalçıya dəstək nümayiş etdirir, münaqişənin həlli istiqamətində bir iş görmür”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Rusiyanın Ermənistana bu cür dəstəyi ölkələrimiz arasındakı münasibətlərə uyğun deyil: “Məlum olduğu kimi, 2015-ci ildə imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan isə bu günlərdə 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Hesab edirəm ki, kredit müddəti simvolik xarakter daşıyır. Bu, açıq-aşkar işğalçı ölkənin silahlandırılması, münaqişənin həllinə ədalətsiz yanaşmadır. Biz 25 ildən artıqdır ki, bu münaqişədən əziyyət çəkirik. Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regionda təhlükəsizliyin təminatına ciddi əngəldir. Minsk qrupunun bütün həmsədr dövlətləri bu reallığı anlamalı, işğalçıya dəstək yox, münaqişənin həllində əməli fəaliyyətə keçməlidirlər”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir: “Təhlükəsizlik Şurasının üzvləri nəinki ayrı-ayrı regionlarda, bütün dünyada təhlükəsizliyin təminatına xüsusi həssaslıqla yanaşmalı, ədalət prinsipini qorumalı, müharibəyə yox, sülhə çağırış etməlidirlər. Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin mövcudluğunu bəyan edən Rusiya nə üçün bu gün Ermənistanı silahlandırır? Təbii ki, bu cür suallar Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edir. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə daha ədalətli və obyektiv yanaşmalı, regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlara yol verməməlidir”.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

