Sahibə Qafarova: Azərbaycan möhkəm demokratik əsaslara malik müstəqil dövlətdir
13.10.2017 [10:18]
AŞPA-da ölkəmizlə bağlı səsə qoyulan “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələrlə bağlı təşkilatdakı nümayəndə heyətimizin üzvü, qurumun miqrantlar, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova yazılı bəyanat yayıb.
Bəyanatda deputat Sahibə Qafarova Azərbaycanın möhkəm demokratik əsaslara malik müstəqil dövlət olduğunu vurğulayıb.
Bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması, demokratik təsisatların və institutların səmərəli fəaliyyətinin təşkil olunması istiqamətində lazımı şərait yaradılıb.
S.Qafarova Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunmasından, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasından söz açıb.
Qeyd edib ki, QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar.
Azərbaycanda kütləvi informasiya vasitələrinin azad fəaliyyətinə və inkişafına da dövlət diqqət göstərir. Prezidentin Sərəncamına əsasən qəbul edilən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” bu istiqamətdə dövlətin siyasətinin əhəmiyyətini və niyyətini açıq şəkildə göstərir. Həmçinin Konsepsiyaya əsasən yaradılan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da ölkədə medianın inkişafına böyük dəstək verir.
Ölkə əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir və birbaşa olaraq dövlət tərəfindən bütün şəhər və qəsəbələrə genişzolaqlı internet çəkilib, ucqar kəndlərdə belə internetdən istifadə olunur.
Vətəndaşların sərbəst toplaşmaq azadlığı tam təmin olunur və bununla bağlı çox mütərəqqi qanun qəbul olunub. Azərbaycan Milli Məclisində ölkənin 12 siyasi partiyası təmsil olunur ki, bu da parlamentin daha effektiv fəaliyyətinin təşkilində önəmli rol oynayır. Eyni zamanda, Azərbaycanda digər müxalifət partiyalarının da öz fəaliyyətini həyata keçirməsi üçün rəsmi orqanlar tərəfindən hər cür şərait yaradılıb. Oktyabrın 7-də bir qisim müxalifət partiyaları şəhərin mərkəzi rayonlarından birində, metro stansiyasının yaxınlığında müvafiq icra strukturu ilə razılaşdırılmış mitinq təşkil edib.
Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində çox möhkəm hüquqi baza mövcuddur. Azərbaycan qanunvericiliyi tamamilə Avropada mövcud olan qanunlara uyğunlaşdırılıb, qanunların icra mexanizmləri təkmilləşdirilib.
Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub, kütləvi informasiya vasitələrinin inkişafına dövlət tərəfindən ciddi dəstək göstərilir.
Bütün bunlar isə bir daha Azərbaycanda demokratik təsisatların geniş və səmərəli fəaliyyəti üçün dövlət tərəfindən bütün addımların atıldığını və Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini göstərir. Bu, Azərbaycan dövləti və xalqı üçün hansısa beynəlxalq təşkilat qarşısında bir öhdəlik, borc deyil. Bu, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, şüurlu seçimimizdir.
Ermənistan nümayəndə heyətinə demək istərdim ki, populist çıxışlarına son qoysunlar, özlərini Azərbaycanda hüquq müdafiəçiləri kimi göstərməsinlər. İnsan hüququ ilə maraqlanırlarsa, onda 1 milyondan çox azərbaycanlının - qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmasını təmin etsinlər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

