/ / Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən Türkiyə vətəndaşları qanun qarşısında cavab verməlidirlər
Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən Türkiyə vətəndaşları qanun qarşısında cavab verməlidirlər
30.09.2017 [11:55]
Azərbaycan ictimaiyyəti Türkiyə dövlətindən müvafiq addımların atılmasını gözləyir
Xəbər verildiyi kimi, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə işğal altında olan Dağlıq Qarabağa səfər edib. Yayılan məlumatlara görə, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər. Bu hadisə isə Azərbaycan ictimaiyyətində təəccüb, böyük narahatlıq və hiddətlə qarşılanıb.
Məsələ ilə bağlı Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, Azərbaycan ictimaiyyətinin bunu hiddətlə qarşılaması heç də təsadüfi deyil. Onun sözlərinə görə, Türkiyənin bir qrup ictimaiyyət nümayəndəsi Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər etməklə ölkəmizin ərazi bütövlüyünə qarşı addım atmış olub. Digər tərəfdən, ümumiyyətlə, Azərbaycan Türkiyəyə hər zaman dostluq və qardaşlıq münasibəti göstərib. “Türkiyənin ziyalılarından Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili, “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlundan ibarət qrupun Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni səfər etməsi Türkiyə ilə Azərbaycan arasındakı mövcud nümunəvi əlaqələrin ruhuna zidd olmaqla yanaşı, Azərbaycan üçün ümummilli həssaslığa malik məsələlərə Türkiyə hökumətinin laqeyd yanaşması haqqında qənaət formalaşdıra bilər”, - deyən millət vəkili əlavə edib ki, ölkələr arasında strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daim uğurlu olması üçün Azərbaycan dövləti bütün lazımi addımları atıb.
“Eyni zamanda, Azərbaycan müəllifi və təşəbbüskarı olduğu enerji layihələrində Türkiyə ilə əməkdaşlığa böyük önəm verir. Və transmilli layihələrin reallaşmasında qardaş dövlətin maraqlarını xüsusi olaraq nəzərə alır. Məhz bunun nəticəsində də, Xəzərin neft və qaz ehtiyatlarının Avropaya ixracında Türkiyənin rolunun artırılmasında dövlətimizin xüsusi mövqe tutması mühüm rol oynayıb. Bütün bunların qarşılığında bir qrup Türkiyə ziyalısının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməsinə Türkiyə dövləti seyrçi yanaşmamalıdır. Azərbaycan ictimaiyyəti ümid edir ki, Türkiyə hökuməti dərin tarixi köklərə əsaslanan, həmçinin bu gün dünyaya nümunə göstərilən Azərbaycan-Türkiyə əlaqələrinə, xalqlarımızın qardaşlıq bağlarına xələl gətirmək istəyən bu insanları tezliklə cəzalandıracaq”, - deyə N.Cəfərov vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirib ki, Azərbaycan dövləti kimliyindən asılı olmayaraq işğal olunmuş ərazilərə səfər edən şəxslərə qarşı hüquqi çərçivədə addımların atılması yönündə tədbirlər görür. Onun sözlərinə görə, Türkiyə pasportu daşıyan, əslində isə kimlikləri bəlli olmayan, hansı ideyaya qulluq etdikləri naməlum olan şəxslər Dağlıq Qarabağa qanunsuz səfər edən digər subyektlər kimi, nəzərdə tutulmuş cəzalarını almalıdırlar: “Onlar Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən qüvvələrdir. Təəssüf ki, Türkiyənin daxilində bu cür qüvvələr hələ də var. Onlar Türkiyə-Azərbaycan dostluğuna qarşıdırlar. Lakin həmin qüvvələr bilməlidirlər ki, Türkiyə-Azərbaycan qardaşlığına heç cür mane ola bilməzlər. Hesab edirəm ki, bu məsələ ilə bağlı konkret tədbir görüləcək”.
Bir qrup Türkiyə vətəndaşının işğal olunmuş ərazilərimizə səfər etməsini pisləyən Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Türkiyə hökuməti və xalqı üçün həssaslıq daşıyan bütün məsələlərdə Azərbaycan öz dəstəyini əsirgəməyib. O xatırladıb ki, 2016-cı ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla devrilməsinə cəhd olunan zaman Azərbaycan Prezidenti Öz qəti mövqeyini ortaya qoyub, qardaş Türkiyəyə və dövlət başçısına Öz güclü dəstəyini ifadə edib: “O gərgin günlərdə Türkiyə xalqına və onun qanuni hakimiyyətinə öz dəstəyini ilk ifadə edən dövlət məhz Azərbaycan oldu. Türkiyədə baş verənlərə rəsmi Bakı əsl qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq mövqeyindən yanaşdı. Qardaş ölkədəki hadisələri gecə boyu narahatlıqla izləyən Prezident İlham Əliyev Türkiyə rəhbərliyinə dəstəyini ifadə edən xüsusi mesaj göndərdi. Beləliklə də, hər zaman qardaş ölkənin milli mənafeyini əsas götürən, öz dəstəyini əsirgəməyən Azərbaycan bu dəfə də Türkiyənin yanında yer aldı, dostluq və qardaşlıq örnəyi sərgilədi. Eyni zamanda, Azərbaycan Türkiyə dövləti ilə tam həmrəylik nümayiş etdirib, “FETÖ” şəbəkəsinin üzvlərinə qarşı ciddi tədbirlər görüb və bunun da nəticəsi olaraq ölkədə “FETÖ”çülərin fəaliyyətinə birdəflik son qoyulub. Bütün bunların fonunda Türkiyədən olan qrupun Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər etməsinin şəxsi təşəbbüs adlandırılması bu mənfur əmələ bəraət qazandırmaqdan başqa bir şey deyil. Məgər hərbi çevrilişə cəhd zamanı qırıcı təyyarələrin, tankların, ağır silahlı əsgərlərin hücumlarının qarşısını müvəffəqiyyətlə almağı bacaran Türkiyə dövləti bir qrup ziyalısının Azərbaycanın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etməsinin qarşısını almaqda acizdirmi? Azərbaycan ictimaiyyəti, eyni zamanda, bu səfərlə bağlı Türkiyə hökumətindən ciddi tədbirlər görülməsini səbirsizliklə gözləyir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08

