/ / AZƏRTAC və “Microsoft” lisenziyalı proqramların təşviqi istiqamətində əməkdaşlıq etmək niyyətindədir
AZƏRTAC və “Microsoft” lisenziyalı proqramların təşviqi istiqamətində əməkdaşlıq etmək niyyətindədir
16.09.2017 [10:58]
AZƏRTAC və “Microsoft” şirkəti lisenziyalı proqram təminatlarının təşviqi, cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, informasiya təhlükəsizliyi, birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.
Bununla bağlı məsələlər AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun “Microsoft” şirkətinin MDB İdarə Heyətinin üzvü Rustem İssenov, “Microsoft Azərbaycan” şirkətinin dövlət qurumları ilə iş üzrə rəhbəri Kamran Əsədov və qurumun biznesin inkişafı üzrə meneceri Emin Axundov ilə görüşündə müzakirə olunub.
AZƏRTAC-ın öz fəaliyyətində texnoloji innovasiyaların və müasir informasiya təminatı həllərinin tətbiqinə böyük önəm verdiyini vurğulayan Aslan Aslanov agentliyin bu istiqamətdə dünyanın aparıcı KİV-ləri ilə əməkdaşlıq etdiyini deyib. Bildirilib ki, texnoloji sıçrayış fonunda müasir jurnalistikada baş verən sürətli dəyişikliklər xəbər agentliklərini də inkişafla ayaqlaşmağa sövq edir. Buraya informasiyanın operativ yayılması, idarə olunması və təhlükəsizliyi, o cümlədən müasir proqram təminatlarını aid etmək olar. Qonaqların diqqətinə çatdırılıb ki, hazırda iki böyük beynəlxalq media qurumuna - Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına rəhbərlik edən AZƏRTAC qeyd olunan məsələlərin bu təşkilatlarda da müzakirəsinə təşəbbüs göstərir. Baş direktor agentliyin “Microsoft Azərbaycan” şirkəti ilə sıx əlaqələrin qurulmasına, informasiyanın qorunması, lisenziyalı proqramların istifadəsinin cəmiyyətdə təşviqi və bununla bağlı informasiya dəstəyinin verilməsi istiqamətində əməkdaşlığa hazır olduğunu qeyd edib.
“Microsoft” şirkətinin MDB İdarə Heyətinin üzvü Rustem İssenov təmsil etdiyi qurumun Azərbaycanda hazırkı fəaliyyəti və görüləcək işlər barədə məlumat verərək AZƏRTAC ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib. “Microsoft Azərbaycan” şirkətinin biznesin inkişafı üzrə meneceri Emin Axundov qurumun hazırladığı “Milli inkişaf planı” haqqında danışıb, cəmiyyətdə lisenziyalı proqramların istifadəsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu, pirat proqramların informasiya təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb. Əminliyini ifadə edib ki, AZƏRTAC ilə əməkdaşlıq bu sahədə irəliləyişə nail olmağa imkan yaradacaq.
Görüşdə jurnalistikanın transformasiyası, sosial medianın xəbər axınına təsiri, informasiyanın idarə olunması üçün proqram təminatlarından istifadə və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

