Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda növbəti xeyriyyə tədbiri keçirilib
07.09.2017 [10:14]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı ilə əlaqədar Pakistanda növbəti xeyriyyə tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Pakistanda əlillərin təhsili, qayğısı və koordinasiyası üzrə fəaliyyət göstərən Xüsusi Təhsil üzrə Milli İnstitutda keçirilən mərasimdə ölkənin Paytaxt İdarəçiliyi və İnkişaf üzrə dövlət naziri Tarik Fazal Çoudri, nazirliyin Xüsusi Təhsil və Sosial Rifah İdarəsinin baş direktoru Şeyx Əzhər Səccad, Xüsusi Təhsil üzrə Milli İnstitutun direktoru xanım Nüsrət Tahir, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Məhəmməd Asif Nur, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları və sağlamlıq imkanları məhdud uşaqlar iştirak ediblər.
Tarik Fazal Çodri xeyirxah təşəbbüslərə görə Azərbaycan hökumətinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, Fondun Pakistanda həyata keçirdiyi layihələrin Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini, Pakistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Dəhşətli zəlzələ nəticəsində tamamilə dağılan Müzəffərabadda Heydər Əliyev Fondunun tikdirdiyi qızlar məktəbinin, habelə Pakistanın müxtəlif əyalətlərində reallaşdırdığı humanitar layihələrin nəcib təşəbbüsün təzahürü olduğu diqqətə çatdırılıb. Nazir Azərbaycan-Pakistan dostluğunun möhkəm təməllər üzərində qurulduğunu, ölkələrin həssas zamanlarda bir-birini dəstəklədiyini bildirib, Pakistan hökumətinin sosial sahədə gördüyü işlər barədə məlumat verib.
Şeyx Əzhər Səccad Heydər Əliyev Fondunun Pakistanda sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları mərkəzlər üçün keçirdiyi xeyriyyə tədbirinin mənəvi məqamlarından bəhs edərək bu layihələrin onların həyata nikbin yanaşmasına stimul verdiyini deyib.
Tədbir iştirakçılarını Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından salamlayan və bayram münasibətilə təbriklərini çatdıran ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin səmimi münasibət və möhkəm təməllər üzərində qurulduğunu, hər iki ölkənin demək olar ki, bütün məsələlərdə bir-birini dəstəklədiyini, ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, ticari, humanitar və digər sahələri əhatə etdiyini nəzərə çatdırıb.
Heydər Əliyev Fondunun bir sıra ölkələrdə, o cümlədən Pakistanda gördüyü işlər barədə məlumat verən səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun Pakistanın müxtəlif əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə gerçəkləşdirdiyi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini, bu layihələrin Azərbaycan xalqının qardaş Pakistana olan səmimi hisslərinin və həmrəyliyimizin simvolu olduğunu vurğulayıb.
Səfir Fond tərəfindən 2005-ci ildən başlayaraq Pakistanda məktəb tikintisi, Talassemiya Mərkəzinin yaradılması, su təchizatı sisteminin quraşdırılması və bu kimi bir çox layihələrin həyata keçirildiyini, bugünkü xeyriyyə tədbirinin də həmrəyliyin, birliyin təzahürü olduğunu qeyd edib. O, hədiyyələrlə yanaşı, qurbanlıqların kəsilərək sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi Təhsil və Sosial Rifah İdarəsinin beş mərkəzinə təqdim olunduğunu bildirib.
Tədbirdə uşaqlar kiçik səhnəciklər göstərib, mahnılar ifa ediblər. Sağlamlıq imkanları məhdud uşaqlar üçün mərkəzlərə Heydər Əliyev Fondunun hədiyyələri, planşetlər, dərs ləvazimatları və müxtəlif oyuncaqlar da təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

