Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkandır
01.09.2017 [20:30]
Ölkəmizə səfər edən xarici qonaqlar bu fikri xüsusi olaraq vurğulayırlar
Məlum olduğu kimi, Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Respublikamız siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi özünü təqdim edib.
Beləliklə, Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir, həmçinin regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformalarının mərkəzi oyunçusu rolunu oynayır. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir.
Daha dəqiq desək, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Paytaxt Bakının bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir.
Belə mötəbər tədbirlərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə avqustun 21-23-də keçirilən Qlobal Gənc Liderlər Forumudur. Forum bəşəriyyəti narahat edən aktual problemlərin həlli işinə gənc liderlərin cəlb olunması baxımından mühüm tədbir kimi vurğulanır. Son illər elmin, texnologiyanın sürətli inkişafının cəmiyyətdə yeni çağırışlar ortaya qoyduğunu, insanların həyatında mühüm dəyişikliklərə səbəb olduğunu nəzərə alsaq, Bakı forumunda gənc liderlər bir araya gələrək bütün bu məsələləri ətraflı müzakirə etmək imkanı qazanıblar.
Yeri gəlmişkən, mötəbər beynəlxalq tədbirlər çərçivəsində ölkəmizə gələn nüfuzlu qonaqlar Azərbaycanın dünya miqyasında nüfuzunu qeyd etməklə yanaşı, ölkəmizi belə tədbirlərin keçirilməsi baxımından ideal bir məkan kimi səciyyələndirirlər. Məsələn, Qlobal Gənc Liderlər Forumunda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov Azərbaycana xüsusi sevgisinin olduğunu deyib: “Azərbaycan çox gözəl, nadir və tolerant ölkədir. Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar sülh şəraitində birgə yaşayırlar. Bu Forum kimi mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycan əla məkandır. Hər dəfə Bakıya gələndə paytaxtınızın necə dəyişdiyinin şahidi oluram”. Qlobal Gənc Liderlər Forumunun əhəmiyyətinə toxunan Petar Stoyanov vurğulayıb ki, gənc liderlər bizim gələcəyimizdir və buna görə də Forum çərçivəsində biz onlarla öz təcrübəmizi, ideyalarımızı, mövqelərimizi bölüşürük. Müzakirə olunan mövzuların aktuallığı, irəli sürülən yeni ideyalar, təkliflər, gənclərin fəallığı Forumun uğurlu nəticələr verəcəyini deməyə əsas verir.
“Ümumiyyətlə, Qlobal Bakı Forumu özünü uğurla doğruldub. İndiyə qədər Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə beş Qlobal Forum keçirilib. Dünyanın müxtəlif ölkələrindən siyasi liderlər, mədəniyyət adamları, ictimai xadimlər bu forumlarda planetimizin gələcəyi üçün vacib olan məsələləri müzakirə edir, önəmli qərarlar qəbul edirlər. İndi isə Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. İlk dəfə keçirilən bu forum çox önəmli tədbirdir”. Bu fikirləri isə Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev deyib.
Sabiq Prezident qeyd edib ki, Qlobal Gənc Liderlər Forumu gələcək həyatımız baxımından mühüm tədbirdir: “Bu Forum dünyanın müxtəlif yerlərindən gəncləri bir məkanda toplayır. Gələcəyimizin daha yaxşı qurulması, planetimizin gələcək həyatına kömək üçün bundan yaxşı yol yoxdur. Gənclər həm fəaldırlar, həm də onların öz mövqeyi var. Ümumi fikrə gəlmək üçün debatları gənclərsiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan dünyanın müxtəlif ölkələrindən gənclərin Bakıya gələrək bu Forumda iştirakı çox önəmlidir. Onlar həm fikir mübadiləsi aparacaq, həm də gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəklər. Qlobal Gənc Liderlər Forumunda iştirak edən dünyanın nüfuzlu insanları, sabiq dövlət və hökumət başçıları çox müdrik insanlardır. Gənclərin və bu təcrübəli şəxslərin birgə müzakirə aparmaları çox əhəmiyyətlidir”.
Forumda iştirak edən Latviyanın sabiq Prezidenti Valdis Zatlers isə deyib ki, Bakı dünyanın ayrı-ayrı ölkələrindən fərqli düşüncəyə və mədəniyyətə malik gəncləri bir araya toplayıb. Qlobal Gənc Liderlər Forumu əla ideyadır. “Forumun böyük əhəmiyyəti var. Buraya toplaşanlar fikir və təcrübə mübadiləsi aparırlar. Forum iştirakçıları həm də müxtəlif peşələrin sahibləridir. Onlar fərqli siyasi quruluşa malik ölkələrdən gəliblər. Beləliklə, bu Forum müxtəlif düşüncəyə və baxışa malik insanların bir-biriləri ilə dil tapmasına, ortaq fikrə gəlməsinə kömək edir. Mən bu cür tədbirin keçirilməsindən çox məmnunam. Fikir mübadiləsi aparmaq problemlərin həllində ən yaxşı yoldur”, - deyə sabiq Prezident bildirib.
Valdis Zatlers qeyd edib ki, Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır. Gənc liderlər bu imkandan istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər. Nəzərə alsaq ki, Azərbaycanın belə tədbirlər keçirmək sahəsində böyük təcrübəsi var, Bakı bu Forum üçün ən gözəl məkandır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55

