/ / Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hücumları beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır
Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hücumları beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır
10.08.2017 [15:21]
Ekspertlərin qənaətincə, təcavüzkar Ermənistan mülki şəxsləri hədəfə almaqla öz işğalçı və terrorçu mahiyyətini nümayiş etdirir
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması, eləcə də mülki insanları hədəfə almasının nəticəsi kimi avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov xəsarətlər alıb. Ekspertlərin fikrincə, təcavüzkar Ermənistan mülki şəxsləri hədəfə almaqla öz işğalçı, terrorçu mahiyyətini nümayiş etdirir. Ümumi qənaət ondan ibarətdir ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə hücumları vandalizmin nümunəsi olmaqla yanaşı, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib ki, Ermənistan silahlı qüvvələrinin mülki insanları hədəfə alması nəticəsində Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifovun xəsarətlər alması bir daha Ermənistan dövlətinin və onun rəhbərlərinin terrorçu mahiyyətini ortaya qoyur. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır: “İşğalçı ölkənin silahlı qüvvələri bu cür terrorçu təxribatlarla uşaqları, qadınları hədəfə almaqla vandalizm aktlarını davam etdirir. Şübhəsiz ki, insanlığa sığmayan, beynəlxalq hüquq normalarına zidd olan bu cür təxribatçı əməllər dünya ictimaiyyəti - beynəlxalq təşkilatlar və ayrı-ayrı milli dövlətlər tərəfindən kəskin şəkildə qınaq obyektinə çevrilməli, işğalçı ölkəyə qarşı müvafiq islahedici tədbirlər görülməlidir”.
S.Qafarova əlavə edib ki, işğalçı Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların pozulmasına nail olmaqdır: “Ermənistan işğalçı siyasətini davam etdirmək niyyətində olduğunu nümayiş etdirir. Bu ölkə konkret olaraq mövcud status-kvonun davam etməsi tərəfdarıdır, münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllini istəmir, sülh tərəfdarı deyil. Bu cür qeyri-konstruktiv mövqedən çıxış edərək müxtəlif manevrlər edir. Beynəlxalq hüquq normalarına zidd olan təxribatların törədilməsi də bunun tərkib hissəsidir”.
Milli Məclisin deputatı Musa Qasımlı diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazilərdən azərbaycanlıların yaşadığı kəndlərdə mülki əhalini atəşə tutması bir sıra məqsədlərə xidmət edir: “Bununla Ermənistan sərhəddə yaşayan dinc sakinlərimizi qorxutmağa çalışır. Eyni zamanda, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələri, ilk növbədə Rusiyanı bu işə cəlb etmək istəyir, diqqəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlardakı vəziyyətdən yayındırır”.
Millət vəkili vurğulayıb ki, Ermənistanın bu hərəkəti göstərir ki, bu ölkə əsas hədəf kimi mülki əhalini seçir: “Bu isə Ermənistan hakimiyyətinin siyasətinin mahiyyətini göstərir. Mülki əhalini atəşə tutmaq hərbi cinayətdir. Yaranmış vəziyyət üçün bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür”.
Milli Məclisin deputatı Elman Nəsirov isə deyib ki, ermənilərin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramil Yusibovun ağır qəlpə yaraları alması göstərir ki, Ermənistan silahlı qüvvələri cinayətkar qruplaşmalardan ibarətdir və bu ölkədəki siyasi rejimin mahiyyətindən irəli gələrək uşaqları, qadınları, qocaları hədəfə alırlar. Onun sözlərinə görə, bu təxribatlar faşist xislətindən irəli gələn addımlardır: “Həmsədrlər çalışırlar ki, prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail olsunlar. Ermənistan isə növbəti dəfə dinc əhalini hədəfə almaqla, gözlənilən danışıqlar prosesinin üstündən indidən xətt çəkməyə cəhd edir ki, danışıqlar baş tutmasın. Bu, Ermənistanın növbəti cinayətkar hərəkətidir. Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu bu hadisə ilə bağlı lazımi ölçü götürməsələr, heç kim təminat verə bilməz ki, münaqişə müharibəyə çevrilməyəcək, aprel döyüşləri təkrarlanmayacaq. Tovuz rayonunda ermənilərin törətdiyi təxribat son dərəcə ciddi siqnaldır və bu hadisədən nəticə çıxarmağın vaxtı artıq çoxdan çatıb”.
Milli Məclisin deputatı Rövşən Rzayev deyib ki, bu hadisə ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən təxribatdır. O qeyd edib ki, Ermənistan bu təxribatı həyata keçirməkdə iki məqsəd güdür: “Birinci məqsəd danışıqlar prosesini pozmaq və münaqişənin həllini uzatmaqdır. Digər tərəfdən, qoşunların təmas xəttində deyil, sərhəd zonasında təxribat törətməklə ermənilər çalışırlar ki, Azərbaycan ordusu bu təxribatlara cavab versin. Ermənilər bu cür təxribatları Dağlıq Qarabağ bölgəsində törətməklə bərabər, Azərbaycanın digər bölgələrində də edirlər ki, bu da beynəlxalq prinsiplərə tamamilə ziddir”.
Rövşən Rzayev əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri passiv siyasətdən aktiv siyasətə keçməlidir ki, belə təxribatlara yol verilməsin və dinc sakinlər bu cür hadisələrin qurbanı olmasınlar.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

