/ / Hikmət Babaoğlu: Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atılır
Hikmət Babaoğlu: Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atılır
01.08.2017 [09:31]
“Azərbaycan hüquqi dövlətdir. Azərbaycan milli dövlətçiliyinin əsasında həm də sosial dövlət olmaq fəlsəfəsi durur. Azərbaycan dövləti xalqın və vətəndaşların rifahının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb”.
Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda sosial siyasətin dərin hüquqi kökləri var: “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uzunmüddətli siyasət məhz ölkənin sosial problemlərinin həlli, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində olub. Məhz bu məqsədlə dövlət başçısının rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı da daxil olmaqla bir neçə dövlət proqramı qəbul edilib. Bu çərçivədə regionların inkişafı, yeni kommunikasiyaların qurulması, iş yerlərinin açılması, mövcud regionun iqtisadi göstəriciləri nəzərə alınmaqla istehsal müəssisələrinin yaradılması ilə bağlı çoxsaylı layihələr həyata keçirilib. Əgər Azərbaycan dövlətinin sosial siyasətinin əsaslarına diqqət yetirsək, o, çoxşaxəlidir. O, məşğulluğun artırılması və işsizliyin aradan qaldırılması, yeni sənaye regionlarının, məhəllələrinin, ölkədə idmanın inkişafı ilə bağlı bütün regionlarda müasir idman infrastrukturunun yaradılması istiqamətindədir. Bu sırada qaçqın və məcburi köçkünlərin problemlərinin həllini də xüsusi qeyd etmək lazımdır. İndiyədək Azərbaycanda bununla bağlı 100-dək qəsəbə inşa edilib və onların ixtiyarına verilib.
Əgər daha geniş təhlil etsək, görərik ki, bütün bunlarla yanaşı, sosial siyasətin tərkib hissəsinə həm də ölkədə səhiyyə xidmətinin yaxşılaşdırılması da daxildir. Bu istiqamətdə atılan addımlardan biri də icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Bu məqsədlə 2 pilot rayon seçilib. Bu da Azərbaycanda əhaliyə sosial-səhiyyə sahəsində xidmətin yaxşılaşdırılmasına təsir edir.
Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni bir sosial layihə həyata keçirilir. Bu, aztəminatlı ailələr üçün sosial evlərin tikilməsi layihəsidir. Bu layihə ekspertlər tərəfindən xüsusi qiymətləndirilib. Onun uğurla davam etməsi göstərir ki, gələcəkdə ölkədə aztəminatlı ailələr asan yolla mənzillər əldə edəcəklər. Bu da, şübhəsiz, Azərbaycanda sosial siyasətin tərkib hissəsi kimi sosial problemlərin həlli istiqamətində mühüm addımlardan biri kimi səciyyələndirilməlidir”.
H.Babaoğlu qeyd edib ki, bütövlükdə bu siyasət nəticəsində hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdən də aşağı düşüb: “Hər bir ölkədə ən güclü sosial göstəricilərdən biri işsizliyin səviyyəsi hesab edilir. Ötən illər ərzində Azərbaycanda xüsusən də özəl sektorda çoxsaylı iş yerlərinin yaradılması bu sahənin perspektivindən də xəbər verir. Azərbaycanda sosial məsələlər bu gün də diqqət mərkəzindədir, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət indi də uğurla davam etdirilir. Bir neçə gün öncə Hacıqabul rayonunda yeni sənaye məhəlləsinin, Bakının Pirallahı rayonunda yeni iş yerlərinin, yeni sənaye mərkəzinin yaradılması ölkədə sosial problemlərin həllinə və işsizliyin aradan qaldırılmasına xidmət edən addımlardır.
Bütövlükdə qeyd etmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasət uğurla davam etdirilir, əhalinin, xüsusən də aztəminatlı ailələrin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atılır”.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

