Azərbaycan diplomatı italyan parlamentarilərini tənqid edən erməni səfirinə cavab verib
15.07.2017 [10:20]
İtaliyanın bir qrup deputat və senatorlarının Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumunu və mülki azərbaycanlı əhalisinə qarşı təcavüzünü pisləyən bəyanatlar verməsi Ermənistanın İtaliyadakı səfiri Viktoriya Baqdasaryanı hiddətləndirib. O, İtaliyanın “Formiche” onlayn qəzetində italyan parlamentarilərinin ünvanına tənqidi fikirlər səsləndirib, habelə Ermənistan ordusunun dinc azərbaycanlı əhalisinə qarşı törətdiyi cinayətlərə haqq qazandırmağa çalışıb.
Buna cavab olaraq “Formiche” onlayn qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin qəzetin redaksiyasına ünvanladığı məktubu dərc olunub.
Məktubda Azərbaycan səfiri bildirir ki, 25 ildən çoxdur Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 20 faiz ərazisini hərbi işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, minlərlə insanın ölümü, bir milyondan çox azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olan, müasir dövrün ən dəhşətli aktlarından biri olan Xocalı soyqırımını törədən bir ölkənin səfiri olaraq Viktoriya Baqdasaryanın dedikləri çox gülüncdür.
“Əgər xanım Baqdasaryan vəziyyətdən narahatdırsa, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində zərər çəkmiş mülki əhali ilə öz həmrəyliyini nümayiş etdirən və heç bir günahı olmayan ikiyaşlı Zəhranın qətlini pisləyən italyan parlamentarilərinə hiddətlənmək əvəzinə, ölkəsinə rəhbərlik edən hərbi kriminal rejimindən BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsi də daxil olmaqla, beynəlxalq təşkilatların sənədlərində göstərildiyi kimi, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməli, körpənin həyatını vaxtsız itirməsi ilə bağlı kədərini ifadə etməli idi. Həmişə qeyd etdiyimiz kimi, regionda gərginliyin başlıca mənbəyi, əsas hədəfi mülki azərbaycanlı əhali olan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur”, - deyə Azərbaycan diplomatı fikirlərinə davam edir.
Səfir Məmməd Əhmədzadə erməni səfirinə xatırladır ki, Zəhra münaqişənin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 193 azərbaycanlı uşaqdan biridir və onlardan 63-ü Ermənistan silahlı qüvvələrinin bir gecə içərisində mülki azərbaycanlı əhaliyə qarşı qanlı qırğın həyata keçirdikləri Xocalıda qətlə yetirilib.
“Hələ nə qədər günahsız insanların qanı axıdılmalıdır, nə qədər körpə qətlə yetirilməlidir ki, Ermənistan öz təcavüzkar siyasətindən əl çəksin? Erməni həmkarıma heç olmasa belə bir həssas vaxtda insanlıq nümayiş etdirməyi və bu günahsız uşaqların xatirəsinə hörmət etməyi məsləhət görərdim”, - deyə Azərbaycan səfiri fikirlərini tamamlayır.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

