“Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir”
13.07.2017 [09:55]
Erkan Özoral: 15 iyul Türkiyə Cümhuriyyəti üçün önəmli dönüş nöqtəsi, Türkiyə demokratiyası üçün mühüm sınaq oldu
2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən bir il ötür. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral dünən bununla bağlı mətbuat konfransı keçirib.
Jurnalistlər qarşısındakı çıxışına iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ikiyaşlı Zəhra Quliyevanın və nənəsinin həlak olmasına münasibət bildirməklə başlayan səfir işğalçıların bu hərəkətini bir daha lənətlədiyini deyib.
Sonra 2016-cı il iyulun 15-də baş verənlər barədə danışan Erkan Özoral həmin gecə çevrilişə cəhd göstərənlərin törətdikləri vəhşiliyin dünyada tayı-bərabərinin olmadığını, FETÖ-nün dövlət çevrilişinə cəhd zamanı Türkiyə xalqının sərt müqaviməti ilə üzləşdiyini, həmin vaxt 250 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 2000-dən artıq vətəndaşın yaralandığını bildirib: “Bu hadisələr zamanı xalq meydanlara axışaraq mövqeyini nümayiş etdirdi. Türk millətinin hər bir fərdi 15 iyulda ölkə Prezidentinin çağırışı ilə küçələrə çıxıb, canlarını xainlərin silahlarına sipər etdi. Siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları da dövlətin yanında oldu”.
Erkan Özoral çevrilişə cəhd edən xainlərin insanlıqdan və vicdandan kənar davranışlar sərgilədiklərini bildirərək, onları Fətullah Gülənin əmrlərini düşüncəsiz şəkildə icra edən robot adlandırıb.
Çıxışına davam edən diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb. Buna görə Azərbaycan xalqına, Prezidentinə təşəkkür edən Erkan Özoral deyib: “Bildiyiniz kimi, FETÖ terror təşkilatı Türkiyənin xaricində də şəbəkələşib. Türkiyə xaricində də FETÖ-yə qarşı layiqli mübarizə aparılır. Azərbaycan FETÖ-yə qarşı mübarizədə daim Türkiyəyə dəstək verib. Türkiyə FETÖ ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. Təəssüf ki, Türkiyə FETÖ ilə mübarizədə beynəlxalq təşkilatlardan zəruri dəstəyi almır. Azərbaycan isə ilk gündən bu məsələdə bizi dəstəklədi və dəstəkləməyə davam edir. Tarix boyu müşahidə edilən bu həmrəyliyin ən müasir nümunəsi isə başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqının Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinə qarşı verdiyi dəstəkdir”.
“15 iyul Türkiyə Cümhuriyyəti üçün önəmli dönüş nöqtəsi, Türkiyə demokratiyası üçün mühüm sınaq oldu”, - deyən səfir qeyd edib ki, dövlət çevrilişinə cəhddən sonra Türkiyə iqtisadiyyatı daha yaxşı inkişaf edib, terrora qarşı layiqli mübarizə aparılıb.
Sonra jurnalistlərin suallarını cavablandıran diplomat bildirib ki, Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, çevriliş cəhdindən sonra FETÖ ilə əlaqəli olan 130-140 min nəfər saxlanılıb ki, onlardan da 45 min nəfərinə həbs cəzaları verilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

