/ / Məhəmməd Salama: Beynəlxalq birlik dinc Azərbaycan vətəndaşlarının vəhşicəsinə öldürülməsini pisləməlidir
Məhəmməd Salama: Beynəlxalq birlik dinc Azərbaycan vətəndaşlarının vəhşicəsinə öldürülməsini pisləməlidir
08.07.2017 [13:05]
Dinc Azərbaycan sakinlərinə qarşı cinayət bütün səviyyələrdə pislənməli və qınanmalıdır. Bunu tanınmış misirli politoloq və publisist, “Al-Diplomacy” qəzetinin baş redaktoru Məhəmməd Salama AZƏRTAC-ın müxbirinə müsahibəsində dinc azərbaycanlı sakinlərin - nənə və nəvəsinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində erməni vəhşiliyi nəticəsində həlak olmaları faktına münasibət bildirərkən bəyan edib.
Bu hadisənin Ermənistan silahlı qüvvələrinin ilk cinayəti olmadığını bildirən politoloq deyib: “Bir neçə il əvvəl dinc azərbaycanlı sakinlərə hücum nəticəsində 14 yaşlı qız öldürülüb, mülki əhaliyə qarşı başqa cinayətlər törədilib. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi və Xocalıda soyqırımı törətdiyi vaxtdan bu günə qədər özünün təcavüzkar siyasətini və Azərbaycan xalqına qarşı cinayətlərini davam etdirir”.
Məhəmməd Salama bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə qəsdən və məqsədyönlü hücumları beynəlxalq humanitar hüququn və bütövlükdə insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Özü də bu hücumlar sistemli xarakter daşıyır. Misirli politoloq vurğulayıb ki, istənilən halda dinc sakinlərə hücum etmək yolverilməzdir. Azərbaycanın təcavüzkara bütün mümkün vasitələrlə - siyasi, diplomatik və hərbi yolla cavab verməyə tam hüququ var. O deyib: “Ermənistan BMT Təhlükəsizlik Şurası başda olmaqla, dünyanın nüfuzlu təşkilatlarının tələblərinə və çağırışlarına məhəl qoymur, beynəlxalq qanunvericiliyi pozur və 25 ildir Azərbaycan ərazilərini işğal altında saxlayır”.
Onun sözlərinə görə, beynəlxalq birlik və Birləşmiş Millətlər Təşkilatı, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Birliyi və s. kimi beynəlxalq təşkilatlar bu amansız cinayəti yekdilliklə və kəskin pisləməli, Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün qətiyyət nümayiş etdirməlidirlər. Ermənistana təzyiq göstərmək, onu beynəlxalq hüquqa hörmət etməyə, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən - Dağlıq Qarabağdan və ətraf 7 rayondan dərhal və qeyd-şərtsiz çıxarmasını tələb edən BMT-nin 4 qətnaməsini yerinə yetirməyə vadar etmək lazımdır.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24

