/ / Martin Çunqonq: Parlamentlərarası İttifaq Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu tanıyır
Martin Çunqonq: Parlamentlərarası İttifaq Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu tanıyır
17.06.2017 [10:53]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 16-da Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qonaqlara Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinin aradan qaldırılması istiqamətində dövlətimizin gördüyü işlər barədə ətraflı məlumat verilib.
Bir sıra beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul etdiklərini vurğulayan Əli Həsənov Parlamentlərarası İttifaqın da bu münaqişəyə ədalətli münasibət bildirəcəyinə ümidvar olduğunu qeyd edib. “Həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasının, BMT-nin, MDB-nin, ATƏT-in və bir sıra digər beynəlxalq təşkilatların üzvüdürlər. Əgər bir təşkilata üzv olan ölkə digər üzv ölkəyə təcavüz edirsə, onun torpaqlarını işğal edirsə, əlbəttə ki, bu, yolverilməzdir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar qərarlar və qətnamələr qəbul ediblər, ancaq bu sənədlər hələ də icra olunmayıb. Bu, ən böyük ədalətsizlikdir”, - deyə Baş nazirin müavini vurğulayıb.
Ermənistan-Azərbaycan probleminin yeni yaranmış münaqişə olmadığını deyən Baş nazirin müavini bildirib ki, ermənilərin dünyanın hər yerində diasporları var. Ermənilər keçmiş sovetlər dönəmində ən mühüm dövlət vəzifələri tutublar. Bu imkanlarından istifadə edərək mütəmadi olaraq Azərbaycan torpaqlarını zəbt ediblər. Ermənilər hələ çar Rusiyasının dövründə Azərbaycanın tarixi torpaqlarında yerləşdirildilər. Sonradan bu torpaqlarda özlərinə dövlət qurdular.
Komitə sədri Avropadakı miqrant problemindən də danışıb. Qeyd edib ki, 600 milyon əhalisi olan Avropa bir milyon miqrant probleminin öhdəsindən gələ bilmir. Münaqişə başlayanda Azərbaycanın cəmi 7 milyon əhalisi var idi. Lakin ölkəmiz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bütün lazımi işləri görür. Miqrant problemini həll etməyi bacarmayan Avropa isə Azərbaycana demokratiya dərsi keçmək istəyir.
Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışan Əli Həsənov bildirib ki, bu günə qədər 250 min qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni qəsəbələrə köçürülüb. 20 il ərzində onların problemlərinin həllinə 7 milyard dollara qədər vəsait sərf edilib.
Ətraflı məlumata görə, minnətdarlığını bildirən Martin Çunqonq Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. “Ancaq bunu da unutmaq olmaz ki, bu insanlara nə qədər diqqət göstərilsə də, onlar öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar”, - deyə qonaq əlavə edib.
Parlamentlərarası İttifaqın fəaliyyəti haqqında məlumat verən Martin Çunqonq bildirib ki, qurum qlobal müstəvidə müxtəlif ölkələrin parlamentlərinin qanunun aliliyinə əsaslanan ittifaqıdır. O deyib: “Təbii ki, beynəlxalq hüquqa əsasən heç bir dövlət digər dövlətin ərazisini işğal edə bilməz. Bizim mövqeyimiz də beynəlxalq hüquqa əsaslanır. Biz Azərbaycan Respublikasının Dağlıq Qarabağ üzərində suveren hüququnu tanıyırıq”.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iyunun 17-də qonaq Abşeron rayonunun Masazır qəsəbəsindəki məcburi köçkünlər üçün salınmış şəhərcikdə olacaq.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

