/ / Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Rusiyanın Kareliya Respublikasının başçısı ilə görüşüb
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Rusiyanın Kareliya Respublikasının başçısı ilə görüşüb
17.06.2017 [10:19]
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Rusiya Federasiyası Kareliya Respublikasının başçısı Artur Parfençikovun dəvəti ilə Kareliya Respublikasında səfərdə olub.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, Sultan Qasımov Kareliya Respublikasının 97-ci ildönümü şərəfinə Olontse şəhərində təşkil edilmiş təntənəli tədbirdə iştirak edib. Səfər çərçivəsində baş konsul Sultan Qasımovun Kareliya Respublikasının başçısı Artur Parfençikovla görüşü keçirilib. Görüşdə baş konsul Azərbaycanla Rusiya arasında bir çox sahələrdə qurulmuş əlaqələrin, o cümlədən humanitar, mədəniyyət, iqtisadiyyat sahələrində əməkdaşlığın və strateji tərəfdaşlığın səmərəli inkişafı barədə danışıb. Diplomat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Azərbaycanla Rusiya arasındakı çoxşaxəli əməkdaşlıq regionlararası səviyyədə də davam edir. Baş konsul Rusiyada işlədiyi dövr ərzində bu ölkəyə hörmət bəslədiyini, Rusiya tərəfindən də Azərbaycana isti münasibət gördüyünü bildirib. O, 2017-ci ilin aprel ayında Sankt-Peterburqda Azərbaycan Respublikası Hökuməti ilə Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Komissiyanın birinci iclasının keçirildiyi və yekun protokolun imzalandığı barədə qarşı tərəfi məlumatlandırıb. Qeyd olunan sənədin Azərbaycan hökuməti ilə Rusiya Federasiyası Sankt-Peterburq hökuməti arasında əməkdaşlığın inkişafına, mədəniyyət, ticarət və iqtisadiyyat kimi sahələrdə bir sıra mühüm layihələrin həyata keçirilməsinə yeni-yeni imkanlar yaradacağını vurğulayıb. Azərbaycanın Rusiyanın Şimal-Qərb federal dairəsinə daxil olan digər regionları ilə də əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə önəm verdiyini qeyd edib. Rusiya Federasiyası Kareliya Respublikasının başçısı Artur Parfençikov Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərinin tarixi köklərə dayandığını bildirib. O, Rusiyanın digər bölgələrində olduğu kimi, Kareliyada da müxtəlif millətlərin yaşadığını və azərbaycanlıların vilayətin mədəni-ictimai həyatında fəal iştirak etdiklərini vurğulayıb. Qubernator Kareliyanın ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, müxtəlif sərmayə yatırımı, iqtisadiyyat və turizm kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin mövcud olduğunu bildirib. Kareliya Respublikasının coğrafi mövqeyindən irəli gələrək hava, dəniz və yerüstü nəqliyyat qovşağına malik olduğunu, beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı layihələrdə iştirak etdiyini söyləyib. O, həmçinin Kareliyanın zəngin təbiəti ilə Rusiyanın ən tanınmış turistik bölgələrindən biri olduğunu qeyd edib. Kareliyanın başçısı Artur Parfençikov Azərbaycanda aparılan uğurlu islahatların diqqət mərkəzində olduğunu bildirib. Azərbaycanın qısa müddətdə əldə etdiyi nailiyyətlərin məhz ölkə rəhbərliyinin düşünülmüş siyasəti nəticəsində mümkün olduğunu vurğulayıb. Söhbət zamanı A.Parfençikov dəfələrlə Azərbaycana səfər etmək arzusunda olduğunu qeyd edib.
Baş konsul Sultan Qasımov münasib bir vaxtda Kareliya başçısının Azərbaycana səfərinin təşkilinin mümkün olduğunu bildirib və səmimi qəbula görə Kareliya rəhbərliyinə təşəkkür edib. Görüşün sonunda diplomat Azərbaycan istehsalı olan şərabçılıq məhsullarını, şirniyyat bağlamalarını, “Bakı” jurnalının son nömrələrini və Azərbaycan xalçaları barədə nəşrləri Kareliya Respublikasının administrasiyasına hədiyyə edib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45

