“İlham Əliyev. İnkişaf-məqsədimizdir” çoxcildliyinin otuz doqquzuncu cildi çapdan çıxıb
06.06.2017 [09:49]
“Azərbaycanın bütün regionlarında quruculuq, abadlıq işləri aparılır. Mən istəyirəm ki, hər yerdə görülən işlər yüksək səviyyədə olsun. Çünki Azərbaycanın bugünkü inkişafı buna imkan verir. Dünya miqyasında ən ağır il olan 2009-cu ildə də Azərbaycan uğurla inkişaf edib. Demək olar ki, hər həftə Azərbaycanda hansısa çox önəmli bir məsələ öz həllini tapır. Goranboyun ərazisində məskunlaşmış məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün yeni qəsəbə salınıb, bu gün onun açılışını edəcəyik. Həftənin əvvəlində Bakıda məcburi köçkünlər üçün doqquzmərtəbəli altı binanın açılışını etdik. Dünən Sumqayıtda böyük elektrik stansiyası işə qoşulubdur. Bu, onu göstərir ki, dünyada davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Azərbaycanda bütün planlar yerinə yetirilir və ölkəmiz uğurlu inkişafını davam etdirir”.
AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 39-cu cildində yer alan bu fikirləri dövlətimizin başçısı 2009-cu ilin noyabrında Goranboyda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında deyib.
Çoxcildliyin bu nəşrində yer alan materiallar 2009-cu ilin noyabrından 2010-cu ilin fevralınadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabında dövlətimizin başçısı İlham Əliyevin Rusiya, Almaniya, Fransa və İsveçrəyə rəsmi və işgüzar səfərləri zamanı, həmçinin Davos İqtisadi Forumunda görüşdüyü dövlət və hökumət başçıları ilə ölkələrimiz arasında çoxşaxəli əlaqələrin inkişafına dair danışıqları, enerji və qeyri-neft sektoru sahəsində imzalanan müqavilələr barədə materiallar toplanıb.
Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.
Kitabın bu cildində dövlətimizin başçısının mütəmadi olaraq bölgələrə səfərləri, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının həyata keçirilməsi istiqamətində görülən işlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallara geniş yer ayrılıb. Prezident İlham Əliyevin ölkəmizə səfərə gələn mədəniyyət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərinə dair materialların əksini tapdığı nəşrdə dövlətimizin başçısının kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr də oxuculara təqdim olunub.
Bu cilddə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı və ekoloji problemlərə dair müşavirədəki nitqləri də verilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 39-cu cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20

